Subaşiç Azərbaycanda ilkə imza atdı

21.07.2012 | 6978 dəfə oxunub


“Xəzər Lənkəran” klubunun futbolçusu Branimir Subaşiç tarixi nailiyyətə imza atıb. Stadiumş.az Lənkəran klubunun rəsmi internet saytına istinadən xəbər verir ki, 30 yaşlı hücumçu Azərbaycan klublarının heyətində ardıcıl 4, ölkəmizin 1 komandasının heyətində isə ardıcıl 3 avrokubok matçında qol vuran ilk futbolçu kimi tarixə düşüb.

“Xəzər Lənkəran”ın bu il avrokubokda keçirdiyi hər 3 oyunda qol vuran Azərbaycan yığmasının futbolçusu iyulun 5-də “Nomme Kalyu” ilə Lənkəranda, 5 gün sonra Estoniyadakı görüşündə, ayın 19-da isə Polşa “Lex”i ilə matçda fərqlənib. Bunadək heç bir futbolçu Azərbaycanın 1 klubunun ardıcıl 3 avrokubok görüşündə fərqlənməmişdi.

Branimir bundan əvvəl sonuncu dəfə Azərbaycan klubları ilə Avropaya çıxanda da qol vurmuşdu. Bu, 2007-ci il avqustun 2-də olub. Həmin gün “Neftçi” klubunun şərəfini qoruyan Subaşiç Avstriya “Rid”i ilə Bakıdakı cavab matçında fərqlənib. Həmin oyun hücumçunun “Xəzər Lənkəran”a qədərki karyerasında Azərbaycan təmsilçiləri ilə avrokubokda son oyunu idi. Bununla da hücumçu klublarımızın tərkibində heç kimin bacarmadığına imza ataraq keçirdiyi ardıcıl 4-cü matçda qol sevinci yaşayıb.

Düzdür, “Rid”lə oyundan sonra Branimir avrokuboklarda qollu və qolsuz oyunlar keçirib. Lakin bu, Azərbaycan klubları ilə deyil, Serbiya təmsilçisi “Srvena Zvezda”sı ilə avrokuboklarda baş verib. 2008/09 mövsümündə Kipr APOEL-i ilə ilk oyunda qol vura bilməyən hücumçu 3:3 hesabı ilə başa çatan cavab görüşündə fərqlənmişdi. Lakin bu onun karyerasında “Xəzər Lənkəran”a qədərki son avrokubok matçı deyil. 2008-ci il avqustun 28-dəki matçda Branimir qol vurduqdan 2 il sonra avrokuboka qayıdan hücumçu Belqrad təmsilçisinin Slovakiya “Slovan”ı ilə matçında meydanı qolsuz tərk edib.

Qeyd edək ki, Branimir avrokuboklarda ümumilikdə 10 oyuna 5 qol vurub. “Neftçi”də 4, “Srvena Zvezda”da 3 oyun keçirən hücumçu hər komandada 1 dəfə fərqlənibsə, “Xəzər Lənkəran”da isə 3 oyuna 3 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail