AZAL “Qlazqo Reyncers”in sabiq hücumçusunu transfer edir

22.07.2012 | 6597 dəfə oxunub


AZAL klubu daha bir futbolçunu transfer edir. Stadium.az xəbər verir ki, “təyyarəçilər” Litva millisinin hücumçusu Andrius Veliçka ilə razılığa gəlib. Təcrübəli futbolçuyla 2 illik müqavilə imzalanacaq. Qeyd edək ki, litvalı forvardın 31 yaşı var. Peşəkar karyerasına vətənində 1996-cı ildə “Kaunas”ın heyətində başlayan Veliçko 12 il (166 oyun, 89 qol) bu klubun şərəfini qoruyub. Lakin bu müddət ərzində Veliçko icarə əsasında Rusiyanın “Anji” (5 oyun, 1 qol), Qazaxıstanın “İrtış” (12 oyun) və Şotlandiyanın “Harts” (47 oyun, 19 qol) klublarında da forma geyməyə imkan tapıb. 2008-ci ildə Norveç “Vikinq”inə (18 oyun, 6 qol) keçən AZAL-ın yeni transferi daha sonra Şotlandiyanın məşhur “Qlazqo Reyncers” klubu ilə müqavilə imzalayıb. Qlazqolularla 3 illik sözləşmə imzalamasına baxmayaraq, litvalı forvard burada yalnız bir mövsüm keçirir - 8 oyuna 4 qol. Növbəti iki ili icarə əsasında “Bristol Siti” (1 oyun) və “Aberdin”də (6 oyun, 1 qol) keçirən Veliçko ötən il uzun fasilədən sonra vətəninə qayıdaraq “Ekranas”la müqavilə imzaladı. Son klubunun  heyətində meydana çıxdığı 43 oyunda 17 qol vuran Andrius 1998-ci ildən dəvət aldğı Litva millisində 25 oyuna 2 qol vurub. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail