Uniston Parks: “Üç ay məşq etməyəndə, kökələrəm də”

"BİZİ DƏ YANDIRAN ODUR Kİ, KLUB RƏHBƏRLİYİNİ SEVİNDİRƏ BİLMƏDİK"

22.07.2012 | 7411 dəfə oxunub


“Bakı”nın hücumçusu Uinston Parksın müsahibəsi


- "Mura" “sədd”ini keçməyə nə mane oldu?

- (fikirləşir, sonra köks ötürür) Hələ də özümə gələ bilməmişəm. Ən azı bu mərhələni keçməliydik. Mərhələ adlaya bilməmişiksə, günahkar özümüzük. Öz səhvlərimiz üzündən uduzduq. Bunda yalnız səhvlərin deyil, bəxt amilinin də böyük rolu var. Hər iki oyunda nə qədər çalışdıq ki, qol vuraq, alınmadı.

 - Məgər rəqib belə güclü komandaydı ki, məğlub olduz?

- Nə güclü idi, nə də zəif. “Mura” orta səviyyəli bir komandadı. Sadəcə, onlar bizim oyunumuzu yaxşı təhlil etmişdilər. Rəqib müdafiə olunmaqla, oyunu əks-hücumlarda qurdu. “Mura” dayanan toplarda daha yaxşı təhlükəli olurdu. Elə hər iki topu da qapımıza standart vəziyyətdən vurdular.

 - Cütün taleyini evdə həll etməliydiz.

- Əslində, “Mura”nı Bakıda udmağa borclu idik. Qalib gəlib, Sloveniyaya rahat gedə bilərdik. Bakıda oyunumuz istənilən kimi alınmadı. Ona görə də ümid qaldı səfərə. Sloveniyada isə bəxtmiz gətirmədi.

 - Özün də deyirsən ki, qol vura bilmədik. Deməli, hücumçu kimi üzərinə düşən vəzifənin öhdəsindən gələ bilmədin. Ümumiyyətlə, əvvəlki Parksdan əsər-əlamət yoxdu, artıq çəkin var. Bu oyuna qədər niyə, onu aşağı salmadın?

- (əsəbləşir.) Üç aydı nə əziyyət çəkdiyimi birmirsiz. Üç dəfə eyni yerdən zədə aldım. Zədədən sonra isə formanı yığmaq çətin olur. Mən də insanam, üç ay məşq etməyəndə, kökələrəm də. Onun üçün artıq çəkim var. Ardıcıl zədələnməyim oynamağıma imkan vermədi. “Neftçi”yə qarşı kubokun finalında belə, meydana zədəli halda çıxmışdım. Ağrılar olsa da, oynamaq və “Bakı”ya kömək etmək həvəsindəydim. Hamı kənardan baxıb, deyə bilər ki, Parks niyə belə oynayır? Ancaq içimdə nələr baş verdiyini hələ bilmirlər.

- Çox köksən. Meydanda həmişəki kimi hərəktli deyilsən, qaçmırsan. Çəkini nə vaxt aşağı salacaqsan?

- Məşqdə çox işləyirəm. Çempionat başlayana qədər formaya düşəcəm. Artıq köhnə zədəmdəki ağrıları hiss etmirəm. Lazımi qaydada çəkimi aşağı salıram. Bir müddət keçəndən sonra hansı formada olacağımı görəcəksiz. Əsas zədəmi sağaltmağım lazım idi. İndi-indi qaydasına düşür, şükür! Hər iki matçda qol vurmaq imkanlarım oldu. Rəqib ilk oyunda olduğu kimi, yenə daha çox müdafiəsi barədə düşünürdü. Onlar öz dəqiqələrini gözlədilər. Bütün komanda ilə müdafiə olunan rəqibə qol vurmaq çox çətindi.

- Rəhbərlik mərhələ keçməyiniz üçün sizə hər cür şərait yaratmışdı. Ancaq bunun qarşılığını verə bilmədiz. Heç olmasa, bunu dərk edirsiz?

- Bizi də yandıran odu ki, klub rəhbərliyini sevindirə bilmədik. Hafiz Məmmədov həm gözəl klub prezidentidi, həm də gözəl insandı. O, futbolçulara hədsiz dərəcəyə diqqət və qayğı göstərir. Onun hörmətinin qarşılığını hansı şəkildə ödəyəcəyimizi bilmirik. Bizi də təəssüfləndirən əsas məqam budu. Klub rəhbərliyi komandanın uğur qazanmasını istəyir. Bunun qarşılığı olmayanda, onlar pis olurlar. Biz də çox üzgünük. Buna necə cavab verəcəyimə söz tapa bilmirəm. Yeganə çıxış yolu qarşıdakı çempionatda uğurlu çıxış edib ancaq çempion olmaqdı. Bəlkə bu yolla günahımızı yuya bildik. Əlimizdən gələni əsirgəməyəcəyik ki, növbəti çempionatda layiqli çıxış edib, çempionluğu klub prezidentinə bəxş eləyək. Ancaq biz hələ də "Mura" məğlubiyyətinin şokundan ayılmamışıq. Həqiqətən də avrokuboklardakı məğlubiyyət hamımıza pis təsir göstərib. İndi psixoloji gərginlikdən çıxmağa çalışmaq lazımdı.

- Əminsən ki, avrokuboklardakı uğursuzuluğu yeni mövsümdə çempionluqla unutdura biləcəksiz?

- Avrokubokların yerini heç nə verə bilməz. Lakin bu uğursuzluğun acısını çempionatda uğurlu nəticələrlə unuturmaq olar. Əsas hədəfimiz çempion olmaqdı. Bunu etsək, üzərimizə düşən vəzifənin minimum öhdəsindən gəlmiş olarıq. Niyə minimum deyirəm, çünki “Bakı”nın məqsədi avrokuboklarda uğurlu nəticə qazanmaqdı. Bunun öhdəsindən biz cari mövsümdə gələ bilmədik. Artıq keçmiş arxada qaldı, indi gələcəyə baxmaq lazımdı.

- Sloveniyadakı məğlubiyyətdən sonra rəhbərlik sizlərə nə dedi, cəza vermədi?

- Hələ klub rəhbərliyi ilə görüşməmişik. Heç kim də bizə söz deməyib. Hələ ki, vəziyyət yaxşı olmadığı üçün görüş keçirilməyib. Çünki hamı hirslidi, ani hərəkət komandanın çempionat oyununa da təsir göstərə bilər. Bir də ki, insan əsəbləşəndə bilmir nə deyir. Məncə, rəhbərlik sakit dayanıb, lazımı anda addım atacaq. “Mura”ya uduzmağımız gözlənilməz oldu. Bu yenilginin təsiri böyükdu.

- Pul cəzası verilsə, buna münasibətiniz necə olacaq?

- Nə qərar versələr, haqları çatır. İstər pul, istərsə də başqa metodlar üzrə cəza. Çünki biz üzərimmizə düşən vəzifənin öhdəsindən gəlməmişik. Onlar nə desələr, razılaşmalıyıq. Başqa əlacımız da yoxdu. Belə oyundan sonra danışmaq çətindi. Biz buna görə məsuliyyət daşıyıq. Nəticəyə görə hesabat verməliyik. Fikrimcə, biz bu oyunda məğlubiyyətə layiq deyildik. Çünki məğlub olacaq qədər pis təsir bağışlamırdıq. Mən bunu şişirtmirəm. Necə oynadığımızı hamı gördü. Lakin yekun nəticə xeyrimizə olmayandan sonra komandanın necə oynamasının önəmi yoxdu. Əlbəttə, tarixdə ancaq nəticə qalır, oyun yox.

 - Çempionatın açılış turunda "Neftçi" ilə üz-üzə gələcəksiz. Rəqib haqqında nə deyə bilərsən?

- “Zestafoni” ilə oyunlarına baxdım. “Neftçi” qalib gəlsə də, “Bakı” onlardan daha güclü komandadı. “Neftçi”yə qalib gəlməklə, çempionata uğurlu yaxşı başlamaq istəyirik. Onadək komanda həm özünə gələr, həm də psixoloji gərginliyi üzərimizdən atmış olarıq. Ümid edirəm ki, onda bu məğlubiyyətə görə bizi bağışlayarlar.

“Sport Favorit”



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail