Cavid İmamverdiyev: “O “Bakı”dı, biz “Neftçi”

22.07.2012 | 6559 dəfə oxunub


“Neftçi”nin yarımmüdafiəçisi Cavid İmamverdiyevin müsahibəsi


- "Zestafoni" artıq arxada qaldı?

- Təlim-məşq toplanışında çox çalışmışdıq, əziyyət çəkmişdik. Qələbə qazanacağımıza hamımımız inanırdıq. "Zestafoni"yə qalib gələcəyimizə arxayın idik, amma sözün açığı, belə hesabı gözləmirdik.

- Öz oyunundan razı qaldın?

- Yox, deməzdim ki, razı qaldım. Bir az həyəcan var idi. Çempionlar Liqasında start heyətdə ilk oyunum olduğu üçün atmosferə tam uyğunlaşmamışdım. Qol vurandan sonra bir qədər sakitləşdim, özümü toparlaya bildim. Buna baxmayaraq, oyunum tam ürəyimcə olmadı.

- Qol vurdun, bir dəqiq ötürmə verdin, sonra da zədələnib çıxdın.

- Ciddi zədə almamışam. Ot örtüyü süni olduğu üçün əzələm dartıldı. Süni meydanda məşq eləmədiyimizdən, yüngül zədələndim. Təbiidən birbaşa süniyə keçdik, ayaqlarım istər-istəməz dözmədi.

 - Oyunun ortasında artıq yorğun görünürdün, qaçmaq istəmirdin. Hələ 22 yaşın var.

- Birinci hissədə çox qaçdım, daim hərəkətdə oldum. Həm də dediyim kimi, stadion süni olduğu üçün ikinci hissə başlayan kimi yoruldum. Meydan mənə çox ağır gəldi, qaça bilmirdim. Bir az da həyəcan var idi deyə, çatdırmadım.

- Böyükağa Hacıyev məşqçilər korpusunda yer alsaydı, hesab daha böyük olardı, yoxsa aşağı?

- Yox, o barədə heç nə deyə bilmərəm.

- Yəni, Hacıyevin olmaması oyununuza təsir elədi?

- Hə, belə soruş, başqa məsələ. Yox, baş məşqçinin yoxluğunun heç bir təsiri olmadı. Əksinə, Böyükağa Hacıyevin olmaması bizə əlavə stimul verdi ki, qələbə qazanıb, ona hədiyyə edək. Qələbəni ona həsr elədik.

- Qələbəyə görə mükafat verildi?

- Yox, hələ mərhələni keçməmişik axı.

- Mükafatı mərhələ keçməyə görə qoyublar?

- Hə, ondan sonra verəcəklər.

- Səfərə böyükhesablı qələbə ilə yollansaz da, yəqin ki, "Zestafoni"nin ev komandası olduğunu bilirsən. Üstəlik, təbii örtüklü meydanda oynayırlar.

- Əlbəttə, bilirəm. Stadionun ot örtüyünün təbii olması bizim xeyrimizədi. Çünki biz belədə daha rahat oynayırıq, nəinki süni örtüklü meydanda.

- Əksəriyyət artıq mərhələ keçdiyinizi düşünür. 3:0 belə düşünməyə əsas verir.

- Qətiyyən arxayınlıq ola bilməz. Öz-özlüyümdə fikirləşirəm ki, səfərə sanki heç-heçə hesabı ilə yollanıram. Bilirəm, komanda yoldaşlarım da eyni fikirdədilər. Çünki arxayınçılıq bizə baha başa gələ bilər. Çempionlar Liqasında zəif rəqib olmur. Ona görə Gürcüstana qələbə dalınca gedəcəyik. Başqa heç nə fikirləşmirik.

- Bizim klublarda, futbolçularda arxayınçılıq həmişə olur. "Bakı"nın özündən qat-qat zəif rəqibə uduzmasının əsas səbəblərindən biri bu idi.

- Yox, o “Bakı”dı, biz “Neftçi”. Onlar haqqında heç nə demək istəmirəm. Bizim komanda həmişə öndə gedən olub. Artıq üç ilə yaxındı burda oynayıram, komandamızın, yoldaşlarımın indiyə qədər hələ arxayınlaşdıqlarını görməmişəm. Bütün rəqiblərə qarşı ciddi oynamışıq. İstər Premyer Liqada, istər yoldaşlıq oyunlarında, istərsə də Çempionlar Liqasında.

- Şayiə gəzir ki, Böyükağa Hacıyevi Tərlan Əhmədov əvəzləyəcək. Sən nə deyərdin bu barədə?

- Mən heç nə eşitməmişəm. Bizə də deyiblər ki, baş məşqçimizin sağlamlığında problem var, xəstəxanadadı. Oyundan sonra Sadıq müəllim bizim yanımızda zəng vurub, qələbəni ona həsr etdiyimizi dedi. Başqa heç nə bilmirəm.

 - Cavab oyununda da qol vura biləcəksən?

- İnanıram ki, yenə fərqlənə biləcəm.

 - Xeyli müddətdi adın Türkiyə klubları ilə yanaşı hallanır. "Antalyaspor"dan sonra "Karşıyaka", "Kayseri Erciyəsspor" və "Göztəpə"nin səninlə maraqlandığı məlum oldu. Nəyi gözləyirsən, niyə getmirsən?

- Sadıq müəllim "get" desə, gedəcəm, desə ki, "qal", qalacam. Mənim harasa getməyim, qalmağım onun əlindədi. Məsləhət görməsə, 10 il də olsa, "Neftçi"də qalacam.

 - "Kayseri Erciyəsspor"un prezidenti Ziya Eren qəzetimizə müsahibəsində deyib ki, "Neftçi" rəhbərliyinə müraciət ediblər, özünün də razılığını alıblar. Onlar Boluda oyununu izləməyə gələndə isə klubundakı böyüklər səni onlardan gizlədiblər. Ümumiyyətlə, türklərlə razılığa gəlmişdin?

- Gəlməyinə, razılıq vermişdim. Çünki karyerasını ölkə xaricində davam etdirmək hər bir futbolçunun arzusudu. Mənimlə maraqlandıqlarını dedilər, qayıtdım ki, problem yoxdu, bircə prezidentin icazəsi olmalıdı. Qaldı ki gizlətməyə, belə şey olmayıb, həqiqətən zədəm var idi. "Mordoviya"ya uduzduğumuz yoxlama matçında meydana çıxa bilmədim. Bir də "Sepahan"la oyunumuza baxdılar. Dedilər ki, gələcəyik. Sonra bir xəbər çıxmadı, o gedən getdilər.

 - Həmyaşıdların arasında istedadlı oyunçu azdı, sən onlardan birisən. Pisliyini istəmərik. Sənə elə gəlmir ki, "Neftçi"də qalsan, "batacaqsan"?

- Mən onu bilirəm. Bilirəm ki, eyni klubda çox oynamaq da düz deyil. Əgər karyera baxımından götürsək, futbolçu daim axtarışda olmalı, daha güclü klubların şərəfini qorumalıdı. Amma yenə deyirəm, Sadıq müəllim o qədər düşüncəsiz insan deyil. Necə insan olduğunu bütün xalq tanıyır. Yaxşı klubdan dəvət olsa, özü getməyimə şərait yaradacaq. O da istəyir ki, daha güclü, səviyyəli kluba keçim. Əminəm ki, məsləhətli, yaxşı bir klub olsa, məni buraxacaq.

- Söz yox, Sadıq müəllimin kim olduğunu biz də yaxşı bilirik. Təbii, ideal insan deyil, öz marağını səndən yuxarı tutur. Yaşın az olsa da, oyunun, meydanda özünü aparmağın göstərir ki, ağılla hərəkət edirsən. Biz də istəyirik ki, qabağa gedəsən, daha səviyyəli klubda oynayasan.

- Sizə bir söz deyim, Sadıq müəllim mənim üçün elə şeylər edib ki... Mən heç vaxt o insana deyə bilmərəm, komandanı tərk edirəm. "Erciyəsspor" məni istəyən vaxt dedilər ki, Sadıq müəllim konkret "yox" deyib. Özü istədi ki, bir-iki il oynayıb, özümə gəlim. Məni daha yaxşı komandaya göndərəcəyini deyib.

"Sport Favorit"



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail