“Jlina”nın direktoru: “Neftçi” növbəti mərhələyə daha yaxındı”

23.07.2012 | 5214 dəfə oxunub


Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Neftçi”nin potensial rəqibi olan Slovakiyanın “Jlina” klubunun idman direktoru Karol Belanik püşkatmanın nəticələrini dəyərləndirib. Stadium.az xəbər verir ki, Belanik çempionumuz “Neftçi”nin növbəti mərhələyə daha yaxın olduğunu bildirib: “Növbəti mərhələdəki rəqibimizi analiz etmək asan olacaq. Lakin ilk öncə “Hapoel”i keçməliyik. Növbəti mərhələdə rəqibimizin adı hələlik bəlli olmasa da, uzun səfərə çıxacağımız dəqiqdir. Ancaq Gürcüstanla müqayisədə Azərbaycan bizə daha tanışdır. Bu ölkənin digər klubu “Bakı” ilə 7 il öncə qarşılaşmışdıq. Ancaq həmin vaxtdan bəri çox şey dəyişib. Mövsüm öncəsi komandaya 6 yeni futbolçu cəlb etmişik. Onlar hələ öz sözləri deməyiblər. İnanıram ki, növbəti mərhələyə adlasaq, bu futbolçuların nəyə qadir olacağını görəcəyik. Düşünürəm ki, “Neftçi” ilk oyunda 3:0 hesabı ilə qələbə qazandığından Azərbaycan çempionu növbəti mərhələyə daha yaxındır. Lakin heç bir rəqibdən çəkinmirik. Sonadək mübarizə aparmaq əzmindəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail