Georgi Çiabraşvili: “Bizə böyük hesabla qələbə qazanmaq lazımdı”

24.07.2012 | 4710 dəfə oxunub


Bu gün Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində öz meydanında Azərbaycan çempionu “Neftçi”ni qəbul edəcək “Zestafoni”nin baş məşqçisi Georgi Çiabraşvili oyunöncəsi mətbuat konfransı keçirib. Stadium.az gənc çalışdırıcının fikirlərini təqdi edir:

* Bakıda çox pis oyun sərgilədik. Belə hesabla uduzmaq çox üzücü idi. Təəssüf ki, vəziyyəti bu həddə çatdırdıq.

* Amma indi evdə daha yaxşı oynamağa borcluyuq. Komandama və azarkeşlərə ümidliyəm.

* Biz həmişə azarkeşlərimiz qarşısında yaxşı oynayırıq. Onların dəstəyi bizim oyunumuza təsirsiz ötüşmür. Onların sayəsində uğur qazanmalıyıq. Cavab oyununu intizarla gözləyirik.

* Bizi tənqid etmədiklərinə görə jurnalistlərə də təşəkkürümü çatdırıram. Sizin sayənizdə biz oyuna tam hazırıq. Sağ olun ki, bizi dəstəklədiniz.

* Rəqibimizin çox yaxşı komanda olduğunu demək olar. Cavid İmamverdiyevi xüsusi qeyd edərdim. Gənc olmasına rəğmən, çox yaxşı yarımmüdafiəçidi. Amma komanda kimi “Zestafoni” “Neftçi”dən daha güclüdü.

* Komandamız uzun müddətdi bir yerdə çıxış edir. Cavab oyununda əsasən hücum edəcəyik, təcavüzkar futbol oynayacağıq. Demək olar ki, va-banka gedəcəyik. Çünki bizə böyük hesabla qələbə qazanmaq lazımdı. Başqa yolumuz yoxdu.

* Bizim hədəfimiz növbəti mərhələyə vəsiqə qazanmaqdı.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail