“Qarabağ” “Göztəpə”nin müqavimətini qıra bilmədi YENİLƏNİR

24.07.2012 | 5457 dəfə oxunub



Yeni mövsümün hazırlıqlarını Türkiyədə davam etdirən “Qarabağ” bu gün hazırlıq prosesi çərçivəsində növbəti yoxlama oyununa çıxacaq. Stadium.az xəbər verir ki, təmsilçimiz Türkiyənin “Göztəpə” klubu ilə qarşılaşacaq.

Xatırladaq ki, “Qarabağ” bundan öncəki oyunlarında İranın “Zob Ahan” və “Traktorsazi”, eləcə də Türkiyənin “Tavşanlı Linyitspor” klublarını 1:0 hesabı ilə məğlub edərək, yalnız AZAL-a 0:4 hesabı ilə uduzub.

“QARABAĞ” (AZƏRBAYCAN) - “Göztəpə” (Türkiyə) 0:0 

“Qarabağ”: Fərhad Vəliyev, Maksim Medvedev, Rəşad Sadıqov, Admir Teli, Ansi Aqolli, Qara Qarayev, Namiq Yusifov, Vüqar Nadirov, Əfran İsmayılov, Riçard, Muarem Muarem.

Oyundan öncə: “Qarabağ”ın heyətində itkilər var. Miro Varvodic, Vaqif Cavadov və Hacı Əhmədov zədə səbəbindən oyunu buraxmalı olacaq.

Oyundan öncə: “Qarabağ” ağ, “Göztəpə” “sarı-qırmızı” forma ilə meydana çıxır

1 - Oyuna “Qarabağ” başlayır

4 - İlk təhlükəli vəziyyət komandamızdan gəldi. Vüqarın zərbəsi qapı dirəyinə tuş gəldi

5 - Künc zərbəsindən ötürməni Vüqar qapıya yönəltdi. Top qapıdan azacıq aralı keçdi

9 - Ansiyə qarşı kobudluq - cərimə zərbəsini Rəşad yerinə yetirdi

Mübarizə meydann mərkəzində gedir. Hər iki komanda təhlükəli vəziyyət yaratmağa çətinlik çəkir

18  -Qaranın uzaq məsafədən zərbəsiin qapıçı tuta bildi

26 - Vüqarın cərimə meydançası daxilində driblinqi sonda zərbə ilə yekunlaşsa da zərbə təhlükəli olmadı

30 - Riçarda qarşı kobud oyun

33 - Əfranın ara ötürməsindən sonra Vüqar qapıçı ilə üzbəüz qalsa da, hakim oyundan kənar vəziyyət qeydə aldı

42 - Əfran - Riçard paslaşması sonuncunun qeyri dəqiq zərbəsi ilə yadda qaldı

İlk yarı başa çatdı

46 - İkinci yarı başladı. Riçardın yerinə Elnur Abdulov oyuna daxil oldu

53 - Oyun daha çox mübarizələrlə yadda qalır

57 - İnanılmaz qol şansı. Muarem qapıçıyla təkbətəkdə topu dirəyə vurdu, qayıdan topu Elnur boş qapıya göndərə bilmədi

62 - Əfranın 2 reydi nəticə vermir

63 - Fərhadın yerinə Osman, Əfranın yerinə Rauf meydana daxil olur

69 - Vüqarın sol cinahdan asmasını tamamlayan olmur

75 - Rauf cərimə meydançasına daxil olsa da son anda müdafiəçilər topu ondan alır

82 - Elnur Abdulov qapıçıyla təkbətək çıxsa da şansından yararlana bilmədi

90 - Oyuna qolsuzluqla başa çatdı.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail