Fatih Kavlak: “İlk günlə müqayisədə komandada xeyli irəliləyiş var”

24.07.2012 | 4558 dəfə oxunub


“Qəbələ”nin baş məşqçisi Fatih Kavlak Sloveniyada baş tutan dördüncü yoxlama oyunundan Serbiya  təmsilçisi “BSK Borça” ilə (1:2) qarşılaşmadan sonra fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, klubun rəsmi internet saytına verən açıqlama verən türkiyəli mütəxəssis hazırlıqlarını yekunlaşdırmaq üzrə olduqlarını bildirib: “Çempionatın başlamasına qısa müddət qalıb. Biz də artıq hazırlıqlarımızı yekunlaşdırmaq üzrəyik. Buraya gəldiyimiz ilk günlə müqayisədə komandada xeyli irəliləyiş var. Təbii ki bununla yanaşı səhvlərimiz də yox deyil.  Xüsusilə də artıq qalib gəlməyə öyrəşməyimiz lazımdır. Qol vurduqdan sonra qələbəni qorumaq vacibdir. Son iki matçda hesabda irəli çıxsaq da, üstünlüyümüzü sona kimi davam etdirə bilmədik. Amma komandanın potensialını nəzərə alsaq, bu aradan qaldırıla biləcək səhvlərdir. Son bir yoxlama oyunumuz qalıb. O qarşılaşmada bir daha komandanı gözdən keçirib çempionata start verəcəyik”.

Baş məşqçi çempionatın açılış oyununda “Simurq”la matçda forma geyəcək futbolçuların çox hissəsinin müəyyənləşdiyini bildirib: “Artıq demək olar kı, 10 gün sonra “Simurq”la qarşılaşmada forma geyəcək futbolçuların çox hissəsi dəqiqləşib. Amma qarşıda hələ müəyyən vaxt kəsiyi var. Bu zaman ərzində tam heyəti formalaşdıracağıq. 11-likdən kənar qalacaq futbolçuların performansından da razıyam. Yəni onlar da istənilən vaxt meydançaya çıxmaq gücündədirlər. Artıq komplektləşmiş bir komandayıq. Burada keçirdiyimiz heç bir oyunda bir 11-lik 90 dəqiqə mübarizə aparmayıb. Çoxlu əvəzetmələr etmişik ki, bu da komandanın balansını pozub və sözügedən hal nəticəyə təsir edib. Əslində yoxlama matçlarında çoxlu əvəzetmələr etməkdə məqsədimiz də məhz belə halları əvvəlcədən görüb onların həll yollarını tapmaq, səhvləri vaxtında aradan qaldırmaqdı



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Последние новости

24.09.2019

05.08.2019

24.12.2014

12.01.2013

11.01.2013

10.01.2013

09.01.2013

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail