“Lex”in futbolçusu: “Növbəti mərhələyə keçən tərəf məhz biz olacağıq”

24.07.2012 | 4468 dəfə oxunub


İyulun 26-da Avroliqanın ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək Polşanın “Lex” klubunun üzvü İvan Djurdjeviç müsahibə verib.


- “Xəzər Lənkəran”la cavab oyununa hazırlıq necə keçir?

- Əla. Komandada ab-hava da yüksək səviyyədədir. Hər kəs bu oyuna yüksək motivasiya ilə hazırlaşır. İlk görüşdən 1:1 hesablı bərabərliklə ayrılmışıq. Ona görə də düşünürəm ki, növbəti mərhələyə keçən tərəf məhz biz olacağıq.

- Təbii ki, səfərdən 1:1 hesabı ilə ayrılmaq yaxşı nəticədir. Ancaq xatırlayırsansa, iki il öncə Azərbaycanın digər təmsilçisi İnteri səfərdə 1:0 hesabı ilə məğlub etmişdik. Bununla belə, cavab matçı çox ağır keçdi və biz yalnız penaltilər seriyasında qalib gələ bildik.

- Bəli. Bu oyunu çox yaxşı xatırlayıram. Həmin vaxt mən də Lexin şərəfini qoruyurdum. Ancaq hazırda biz həmin oyunu deyil, Xəzər Lənkəranla matçı düşünürük. Qarşıda bizi daha gərgin 90 dəqiqə gözləyir. Bu dəfə daha yaxşı oynayıb, həmin səhvi təkrarlamamalıyıq. Buna görə də Xəzər Lənkərana erkən qol vurmalıyıq ki, daha rahat oynayaq.

- Belə aydın olur ki, "Xəzər Lənkəran"a qarşı hücum futbolu nümayiş etdirəcəksiniz.

- Bu daha çox baş məşqçidən asılı olacaq. O hansı taktikaya üstünlük verərsə, o cür də çıxış edəcəyik. Bilirik ki, doğma meydanda bizi xeyli azarkeş dəstəkləyəcək. Biz də onları narazı sala bilmərik. Bu baxımdan böyük ehtimalla hücum oynayaraq qol vurmağa çalışacağıq. Ancaq rəqibə qarşı ehtiyatlı oynamalıyıq. Çünki "Xəzər Lənkəran" ilk oyunda özünü yaxşı tərəfdən göstərə bildi. Onlar topla gözəl davranırdılar. Əsasən də standart vəziyyətlərdən. Ona görə hücuma hamılıqla atılmayacağıq.

- İlk oyunda Xəzər Lənkəran sizi əsasən nə ilə təəccübləndirdi?

- Bilirdik ki, Lənkəranda bizi böyük ajiotaj gözləyir. Buna görə də matçın ilk dəqiqələri çətin keçdi. Müdafiənin səhvindən erkən qol buraxdıq. Ancaq yaxşı ki, tezliklə özümüzü toparladıq və hesabı bərabərləşdirə bildik. Düşünürəm ki, bu nəticə cavab matçı üçün yetərli olacaq. "Xəzər Lənkəran" ilk oyunda yaxşı oynadı və bizi təəccübləndirdi. Onlar topu özlərində yaxşı saxlayır və təhlükəli hücumlar təşkil edirdilər. Lakin deməzdim ki, "Xəzər Lənkəran" məni çox təəccübləndirdi. Sadəcə olaraq Lənkəran təmsilçisi 4 il öncə qarşılaşdığımız "Xəzər Lənkəran"dan daha güclü komanda təsiri bağışladı.

- Azarkeşlər yenə də sizdən Avropada uğurlu çıxış gözləyir. Komandanın bu mövsüm üçün əsas hədəfi nədir?

- Azarkeşlərimiz çox tələbkardılar. Onları başa düşürəm. "Lex" böyük komandadır və buna görə də bizdən çox şey tələb olunur. Təbii ki, biz də Avropa Liqasında mümkün qədər uzağa getmək istəyirik. Ancaq hələlik yalnız "Xəzər Lənkəran"la oyun haqda düşünürük. İnanıram ki, bu mövsüm Avropada daha böyük uğur qazanacağıq.

- Növbəti mərhələdəki potensial rəqibləriniz haqda nə deyə bilərsən. Komanda "Xəzər Lənkəran" səddini keçəcəyi təqdirdə AIK (İsveç) - "Hafnarfyordur" (İslandiya) cütünün qalibi ilə qarşılaşacaq.

- Etiraf edirəm ki, potensial rəiblərimiz haqda heç bir məlumatım yoxdu. Çünki hələlik yalnız "Xəzər Lənkəran"la oyunu düşünürük. Ancaq bu mərhələni keçsək, rəqibimiz haqda rahat danışa bilərəm. Bizim azarkeşlərimiz Azərbaycanda və Qazaxıstanda da bizi tək qoymadılar. Ancaq ümid edirəm ki, növbəti mərhələyə adlasaq, bizi daha böyük azarkeş kütləsi dəstəkləyəcək. Bununla belə, növbəti mərhələyə hansı komandanın adlayacağını deyə bilmərəm. "Xəzər Lənkəran"a hörmətlə yanaşırıq. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail