“Neftçi”nin növbəti rəqibini yaxından tanıyaq

25.07.2012 | 6210 dəfə oxunub


Bu gün keçirilən oyunlardan sonra Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Neftçi”nin rəqibi müəyyənləşdi. Stadium.az xəbər verir ki, çempionumuz qrup mərhələsinin bir addımlığında “Hapoel” (Kiryat Şimon, İsrail) klubu ilə görüşəcək. “Neftçi”nin potensial rəqibini daha yaxından təqdim edirik.

Komandanın əsası 2000-ci ildə qoyulub. Komanda ev oyunlarını təmsil etdiyi Kiryat Şimon şəhərindəki “Municipal Stadium”da keçirir. Lakin əsası 1989-cu ildə qoyulan və 5300 tamaşaçı tutumuna malik olan arena UEFA-nın standartlarına cavab vermir. Bu səbəbdən də “Hapoel” avrokuboklarda ev oyunlarını Hayfadakı “İtztadion Kiryat Eliezer”də keçirəcək. Klubun sahibi İzzy Sheratzky, baş məşqçisi isə yerli mütəxəssis Gili Landaudu. Son mövsüm komanda tarixində ilk dəfə olaraq ölkə çempionu adını qazanıb. Bu mövsüm İsrail təmsilçisi tarixində ikinci dəfə avrokuboklara qatılır. İlk dəfə 2008-ci ildə UEFA kubokunda iştirak edən “Hapoel” ilk mərhələdə Çernoqoriyanın “Moqren” klubundan güclü olub - 1:1 və 3:0. Lakin ikinci mərhələdə Bolqarıstan “Liteks”i israillilərin qarşısını kəsib - 0:0; 1:2.

“Hapoel” cari mövsümdə Çempionlar Liqasında iştirak ərizəsinə 25 futbolçunun adını daxil edib.

Qapıçılar: 1.Rom David Iluz, 13.Daniel Amos, 45.Itamar Nitzan

Müdafiəçilər: 3.Mekonent Yazo, 4.Ben Vahaba, 5.Shir Tzedek, 15.El'ad Gabai, 17.Sali Hassarmi, 20.Lior Levi, 21.Elsan Tibi, 81.Dušan Matović

Yarımmüdafiəçilər: 6.Ravid Gazal, 8. Ehud Maaravi, 12.Beni Ben Zaken, 14.Wael Mresat, 18.Bryan Gerzicich, 22.Darko Tasevski, 23.Adrian Rochet

Hücumçular: 7.Ahmed Abed, 9.Yoel Czehanovicz, 10.Barak Badash, 16. Adi Elisha, 19.Shimon Abihazira, 24.David Solari, 25.Ofir Mizrachi



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail