“Hapoel”i “Neftçi” önünə çıxaran futbolçu: “İndi əvvəlkindən daha iştahlıyıq”

25.07.2012 | 4953 dəfə oxunub


Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan İsrailin “Hapoel” (İroni Kiryat Şmona) klubunun hücumçusu Şimon Abihazira ikinci mərhələdə “Jlina” ilə oyun haqda fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, “Jlina”nın qapısına ikinci qolu vurmaqla komandasını “Neftçi” önünə çıxaran futbolçu deyib: “Jlina” üzərində qələbə növbəti oyunlarda bizə daha uğurlu çıxış etmək üçün əlavə stimul qazandırdı. İndi əvvəlkindən də iştahlıyıq. Hesab edirəm ki, komandamızın hər bir üzvü Slovakiya klubu üzərindəki zəfərə görə tərifə layiqdi”.

Xatırladaq ki, ikinci mərhələdə Slovakiya çempionu “Jlina” ilə qarşılaşan “Hapoel” ilk matçda səfərdə 0:1 hesabı ilə uduzsa da, öz meydanında 2 cavabsız topla qələbə qazanaraq, üçüncü mərhələdə “Neftçi”yə rəqib olub. “Hapoel”ə ümumi qələbə gətirən ikinci qolu isə məhz Abihazira vurub. İsrailli forvardın 25 yaşı var.  



  #1   Adınız: zeynal zeynalov;   E-mail: [email protected]

25.07.2012 23:02

neftci bu sionistleri de udmalidir.

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail