“Sumqayıt” “Maynts”ın sabiq futbolçusunu transfer etdi

25.07.2012 | 5553 dəfə oxunub


2012/2013 mövsümü üçün hazırlığını Türkiyənin Nevşehir bölgəsində davam etdirən "Sumqayıt" klubu növbəti transferini rəsmiləşdirib. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, "Berliner AK"da forma geyinən Azərbaycanəsilli Murad Doymuş komanda ilə ikiillik müqavilə imzalayıb. Qeyd edək ki, 1985-ci il təvəllüdlü mərkəz müdafiəçisi son iki mövsüm Berlin klubunun kapitanı olub. Qeyd edək ki, Murad 2004-cü ildə "Maynts"la peşəkar müqavilə imzalayıb. O, bu klubun əvəzedilərində 36 oyunda iki qol vurub. Adıçəkilən futbolçu 2006/2007 mövsümünü "Berliner AK"da keçirib (21 oyun, 1 qol). 2007-ci ildən 2010-cu ilə qədər "Türkiyemspor"da çıxış edən Murad 77 qarşılaşmada rəqib qapılarından 5 top keçirib. Yeni transfer son iki mövsümü "Berliner AK"da keçirib (50 oyun, 6 qol).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail