Tales Şütz: “Yunanıstana qələbə üçün gəlmişik”

25.07.2012 | 4553 dəfə oxunub


Sabah Avroliqanın ikinci təsnifat mərhələsinin cavab qarşılaşması çərçivəsində səfərdə Yunanıstanın “Asteras” klubunun qonağı olacaq “İnter”in hücumçusu Tales Şütz klubun rəsmi internet saytına müsahibə verib.

 

- “Asteras”a qarşı baş tutmuş birinci qarşılaşma 1:1 hesabıyla başa çatdı və artıq sabah komandalar arasında cavab görüşü keçiriləcək. Sizcə, "İnter" növbəti mərhələyə vəsiqə qazana biləcəkmi?

- İlk görüş artıq arxada qalıb və biz Bakıda keçirilimiş qarşılaşmanın nəticəsini unudub, cavab oyuna hazırlaşırıq. "Asteras" çox yaxşı təşkil olunmuş komandadır və biz onlara hörmət edirik. Rəqib həqiqətən də çox güclüdür. Amma hədəfimiz dəyişilməz olaraq qalır, biz qələbə qazanıb növbəti mərhələyə vəsiqə əldə etmək istəyirik . Yunanıstana qələbə ardınca  gəlmişik.

- İlk matçda fərqlənməyi bacarmısınız. Necə düşünürsünüz, cavab qarşılaşmada da "Asteras"ın qapısına yenə yol tapmaq mümkün olacaqmı?

- Hücumçunun əsas vəzifəsi qol vurmaqdır. Birinci matçda mən bunu bacardım və buna görə çox sevinirəm. Təbii ki, cavab qarşılaşmada da qol vurub komandamın qələbəsində pay sahibi olmaq istəyirəm.

- Yunanıstan klubunda kifayət qədər səviyyəli və təcrübəli futbolçular var. Sizcə, sabahkı matçda bu oyunçulardan hansısı "İnter" üçün daha təhlükəli ola bilər?

- Rəqibin heyətində hansısa futbolçunu fərqləndirmək istəməzdim. Yunanıstan klubunun heyətində oynayan  bütün futbolçular yaxşı keyfiyyətlərə malikdirlər. Bu komandanın heyətində çıxış edən hər bir oyunçuya qarşı diqqətlə oynamalıyıq.

- Yeri gəlmişkən, Yunanıstan azarkeşləri hər zaman komandalarını fəal şəkildə dəstəkləyirlər. Sizcə, Tripolis stadionundakı atmosfer "İnter"ə necə təsir göstərəcək?

- Stadiondakı atmosfer bizi qorxutmur, əksinə, daha da stimullaşdırır və motivasiyanı artırır. Biz öz futbolumuzu ortaya qoyub növbəti mərhələyə vəsiqə əldə etməliyik. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail