“Lex”in baş məşqçisi: “Sabahkı oyunda əsas vəzifəmiz qol buraxmamaqdır”

25.07.2012 | 5016 dəfə oxunub


Sabah Avroliqanın ikinci təsnifat mərhələsinin cavab oyunu çərçivəsində öz meydanında “Xəzər Lənkəran”ı qəbul edəcək Polşanın “Lex” klubunun baş məşqçisi Marisuz Rumak oyunqabağı mətbuat konfransı keçirib. Stadium.az xəbər verir ki, 35 yaşlı mütəxəssis bunları deyib:


* Bizim əsas vəzifəmiz sabahkı oyunda qapımızı toxunulmaz saxlamaqdır. Müdafiədə diqqətli oynayacağıq.

* Əgər biz qol vursaq, “Xəzər Lənkəran” irəli atılmağa məcbur olacaq. Bu isə bizə ikinci topu vurmaq üçün şərait yaradacaq.

* Bizim üçün bütün oyunlar eyni səviyyədə çətin keçir.

* Sabahkı görüşdə qələbə qazanmaq istəyirik.

* “Lex” əvvəlki komanda deyil. Mən demirəm ki, biz zəifləmişik. Sadəcə olaraq, indiki “Lex” tam fərqli komandadır.

* Sabah gücümüzə aydınlıq gələcək. Anlayıram, hamı bizdən qələbə gözləyir. Amma biz özümüz də yaxşı başa düşürük ki, qələbə qazanmalıyıq.

* Çalışacağıq ki, daha az səhv edək.

* Qapıçımız Buriç son vaxtlar inamlı çıxış etmir. Sabahkı oyunda da səhvə yol versə, psixoloji cəhətdən sarsıla bilər.  

* Son vaxtlar Azərbaycan klublarında inkişaf hiss olunur. Onlara qarşı oynamaq daha çətin olub. Buna baxmayaraq, onlar hələ də “Lex”i üstələyə bilmirlər.

* “Xəzər Lənkəran” bizim elə də güclü olmadığımızı düşünə bilər. Hamı istədiyi kimi fikirləşir. Hətta bilirəm ki, rəqibimiz qələbə ilə bağlı iddialı açıqlamalar verir. Çünki onlar sabah bizi üstələsələr, tarix yazacaqlar.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail