Cihan Özkara: “Doğma azarkeşlərimiz önündə Bəhreyni məğlub edəcəyik”

26.07.2012 | 5208 dəfə oxunub


2012/2013 mövsümündən etibarən icarə əsasında "Kayseri Ərciyəsspor"da çıxış edəcək Azərbaycan millisinin üzvü Cihan Özkara "Sumqayıt"la keçirilmiş yoxlama oyunundan sonra rəqib komandanın saytına müsahibə verib.


- "Kayseri Ərciyəsspor"a keçidin necə baş tutdu?

- Növbəti mövsümü icarə əsasında "Kayseri Ərciyəsspor"da keçirəcəm. Gənc olduğum üçün daimi oynaya biləcək bir kluba keçməyi düşünürdüm. Bu səbəbdən Kayseri təmsilçisindən təklif aldıqdan sonra düşünmədən qəbul etdim. Qarşıdakı bir il ərzində daha çox təcrübə toplayıb özümü sübut etmək istəyirəm. Açığı, "Sivasspor"da da qala bilərdim, lakin gələcəyi düşündüyüm üçün bu addımı atdım. Bir il ərzində Bank Asiya 1-ci liqada özümü doğruldub yenidən Superliqaya qayıtmaq istəyirəm.

- Bir müddətdən sonra DÇ-2014-ün seçmə mərhələsinin oyunları start götürəcək...

- Bəli, dediyiniz kimi iki aydan sonra DÇ-2014-ün seçmə mərhələ oyunları başlayacaq. Millimiz qarşıdakı görüşlərə ən yaxşı şəkildə hazırlanır. Seçmə mərhələ oyunlarında özümüzü yaxşı tərəfdən göstərib, daha çox xallar qazanmalıyıq. Qarşıda bizi Bəhreyn yığması ilə yoxlama oyunu gözləyir. Bu, seçmə mərhələ oyunları öncəsi son sınağımız olacaq. Doğma azarkeşlərimiz qarşısında Bəhreynlə keçiriləcək bu görüşdən mütləq qələbə ilə ayrılacağıq.

- 2:2 hesablı bərabərliklə başa çatan "Kayseri Ərciyəsspor"- "Sumqayıt" oyunu haqqında nə deyə bilərsən?

- Əvvəlcə qeyd edim ki, "Kayseri Ərciyəsspor"un təlim-məşq bazasına toplaşan azarkeşlər maraqlı oyuna şahidlik etdi. Qarşılaşma bir az sərt məcrada keçsə də, hər iki komanda meydanda əllərindən gələni etdi. "Sumqayıt"la oyun bizim hazırlıq dövründəki ilk matçımız idi. Bəzi çatışmamazlıqlarımız var, amma tez bir zamanda bunları aradan qaldıracağımıza inanırıq.

- "Sumqayıt" Futbol Klubu haqqında təəssüratların...

- İlk dəfə idi ki, Azərbaycan klubuna qarşı çıxış edirdim. Açığı, "Sumqayıt" Futbol Klubundan bu cür oyun gözləmirdim. Olduqca yaxşı təsir bağışladılar. Heyətin əksəriyyəti gənclərdən təşkil olunub. Orxan Əliyev, Uğur Pamuk kimi futbolçular "Sumqayıt"ı daha üst pillələrə daşıyacaq. Klubunuza qarşıdakı Premyer Liqa oyunlarında uğurlar arzulayıram.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail