Millimizin sabiq üzvü Türkiyə klubundan FİFA-ya şikayət edəcək

26.07.2012 | 4675 dəfə oxunub

Milli komandamızın və “Bakı”nın sabiq üzvü Fabio Luis Ramim bir müddət əvvəl müqavilə imzaladığı Türkiyənin “Karşıyaka” klubundan FİFA-ya şikayət edəcək. Stadium.az xəbər verir ki, bu haqda futbolçunun özü “Doğan” agentliyinə verdiyi açıqlamada deyib. Ramim qərarını səbəbini belə açıqlayıb: “Azərbaycanda bir komanda ilə anlaşmaq üzrə olduğum halda, “Karşıyaka” ilə müqavilə imzaladım. Bu, uşaq oyuncağı deyil. Məşqlərə başladığım gündən qaçışla kifayətlənirəm. Fiziki hazırlığa daha çox üstünlük veririk. Topa ayağımız dəyməyib. Bu halda maraqlıdır, baş məşqçimiz mənim zəif futbolçu olduğumu necə anlayıb? Ortada rəsmi müqavilə var. Bu məsələni FİFA çözəcək”.

Millimizin sabiq üzvü “Karşıyaka”dan müqaviləsində göstərilən 200 min dolların hamısını istəməyə hazırlaşdığını da açıqlayıb: “Mən Berti Foqtsun Azərbaycan milli komandasına seçdiyi futbolçuyam. Heç kimin məni bu formada alçaltmasına icazə vermərəm”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail