“Hapoel”in kapitanı: “Neftçi”ni keçmək üçün əlimizdən gələni edəcəyik”

27.07.2012 | 5066 dəfə oxunub


Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində “Neftçi”nin rəqibi olan İsrail çempionu “Hapoel”in qapıçısı Danni Amos çempionumuzla oyunöncəsi fikirlərini açıqlayıb. Stadium.az xəbər verir ki, komandanın kapitan sarğısını daşıyan 25 yaşlı qolkiper deyib: “Mən hələ də Slovakiyanın “Jlina” klubunu keçdiyimizə inana bilmirəm. Məşq edərkən Çempionlar Liqasının oyununa hazırlaşdığını bilmək, düşünmək çox xoşdu. Xüsusilə də doğma azarkeşlərimizin gözü qarşısında daha bir oyun keçirmək şansı qazanmağımız məni çox həyəcanlandırır. “Jlina” ilə ev oyununda çox yaxşı təsir bağışladıq. İndi öz gücümüzü “Neftçi” ilə oyunlarda nümayiş etdirməliyik. Bu səddi keçmək üçün əlimizdən gələni etməliyik. Bizim üçün Çempionlar Liqasının pley-off mərhələsinə düşmək kimi tarixi bir şans var. Bu, ən azı Avropa Liqasının qrup mərhələsini təmin etmək deməkdi. Amma kifayət qədər güclü komandaya qarşı oynayacağıq. Bizə hələ onları daha yaxından öyrənmək lazımdı. Bu mərhələdə zəif rəqiblər olmur”.

 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail