“Yeni mövsümdə fərqli “Turan” görəcəyik”

27.07.2012 | 4999 dəfə oxunub


Azərbaycan Premyer Liqasında yeni mövsümün başlamasına az bir vaxt qalmış komandalar hazırlıqlarını yekunlaşdırmağa başlayıblar. "Turan"ın mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin www.pfl.az saytına verdiyi məlumata görə, Tovuz təmsilçisi heyəti formalaşdırmağa davam edir: "Komanda gündə iki dəfə, əsasən, səhər fiziki, axşam isə topla məşq edir. Ancaq yoxlama oyunları keçirməkdə problemlər yaşayırıq. İndiyə kimi yalnız “Göyəzən”lə yoxlama oyunu keçirsək də, başqa rəqib tapa bilmirik, vaxt da az qalıb. Mətbuatda yoxlama oyunu üçün Bakıya yollanacağımızla bağlı məlumatlar yer alsa da, bu, doğru deyil.  Bizə yaxın olan “Şəmkir” və “Karvan”la da yoxlama oyunu keçirə bilmirik. Bunun səbəbi isə həmin komandaların hələ yığılmamasıdır. Bütün bunlara baxmayaraq “Turan” hazırlıqlarını davam etdirir. Heyətdəki boşluqları doldurmaq üçün bir neçə futbolçu baxışdadır.  Hazırda Murad Ağakişiyev, Elhad Əhmədov, Hüseyn İsgəndərov, Viktor Qonta, İvan Dragoviç, Antonio Rukovin, Bayram Kərimov məşqçilər korpusu tərəfindən dəyərləndirilir. Ancaq onlar haqqında hələ yekun qərar verilməyib. Lazım bilinən futbolçularla yaxın günlərdə müqavilə bağlanacaq. Komandanın çox gec yığılmasına, futbolçu tapmaqda çətinliklərlə qarşılaşmağımıza baxmayaraq, inanıram ki, yeni mövsümdə fərqli “Turan” görəcəyik. Ən azı hər şey ötən mövsümdəkindən yaxşı olmalıdır".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail