“Neftçi”nin baş məşqçisi: “Məqsədimiz gənc futbolçuların təcrübə qazanmasıdır”

27.07.2012 | 4498 dəfə oxunub


"Neftçi" klubunun əvəzedici komandasının baş məşqçisi Elşad Əhmədov Gürcüstan hazırlığı ilə bağlı klubun rəsmi saytına danışıb. Stadium.az xəbər verir ki, baş məşqçi növbəti matçda Batumi “Dinamo”su ilə qarşılaşacaqlarını bildirib: “İyulun 16-dan Gürcüstanın Kobuleti şəhərində məskunlaşmışıq. Hazırlıq planına əsasən gündə iki məşqimiz olur. Bu müddət ərzində iki yoxlama oyunu da keçirmişik. Sabah daha bir sınaq görüşümüz olacaq. Rəqibimiz "Dinamo" Batumi klubunun əvəzedici heyətidir. Yoxlama oyunlarında bütün futbolçulara şans veririk. Hazırlığa aşağı yaş qruplarından da futbolçular cəlb etmişik. Məqsədimiz budur ki, gənc futbolçular təcrübə qazansınlar və daha erkən yaşlarında əsas komandanın üzvünə çevrilsinlər. Yüksək səviyyədə hazırlıq keçməyimiz üçün klub rəhbərliyi tərəfindən hər bir şərait yaradılıb. Biz də öz növbəmizdə çalışırıq ki, gələcəkdə əsas komandaya daha güclü futbolçular verək". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail