Ruslan Poladov: “Ağır da olsa, asan da olsa, bu yolu keçməlidirlər”

27.07.2012 | 6319 dəfə oxunub


“Simurq”un üzvü Ruslan Poladov klubun rəsmi internet saytına müsahibə verib.

 

- Ruslan, ilk öncə “Simurq”da qalmağın haqqında danışaq. Necə oldu ki, komandamızda qalmağa razı oldun?

- Ötən mövsümün ikinci dövrəsində “Simurq”da mən icarə əsasında forma geyinirdim. Çünki həmin vaxt “İnter”in futbolçusu idim. Bakı klubu ilə müqaviləmin müddəti başa çatdığına görə yenidən “Simurq”a transfer olunmaq təklif edildi. Həm baş məşqçi, həm də klub rəhbərliyi mənim “Simurq”da qalmağımı istədilər. Təklifdə qane etdiyi üçün razılaşdım. Baxmayaraq ki, bölgə komandasıdır. Ancaq iddialı kollektiv yaratmaq fikrində olduqları üçün “Simurq”da qalmağa üstünlük verdim.

- Artıq Avstriyadakı təlim-məşq toplanışı da başa çatmaq üzrədir. Ümumilikdə, “Simurq”un yeni mövsümə hazırlıqları necə keçdi?

- Bakı, Türkiyə və Zaqataladakı məşqlərimiz əsasən komandanın fiziki baxımdan hazırlamaq məqsədi güdürdü. Fikrimcə bunun da öhdəsindən həm məşqçilər heyəti, həm də biz futbolçular layiqincə gələ bildik. Burada da üç yoldaşlıq görüşü keçirmişik. Məşqlərimizə baxış üçün təcrübəli legionerlər dəvət olunurdu. İdmanlarda, oyunlarda bu oyunçuların komandaya nə dərəcədə kömək edib, etməyəcəyi yoxlanılırdı. Avstriyadakı təlim-məşq toplanışımızda çempionata hazırlıq baxımından ümumi üstünluk heyətin və oyun quruculuğunun formalaşdırmaq məqsədi daşıyırdı. Hazırda hər şey məşqçinin nəzarəti altında, planlı şəkildə davam edir. Biz də var gücümüzlə hazırlaşırıq. İnşallah bununda nəticəsin çempionatda görəcəyik.

- İlk rəqibizim “Qəbələ”dir. “Simurq”un mövsümə tam hazır olduğunu düşünürsən?

- Birinci oyundan heç kəs deyə bilməz ki, bu komanda hansı gücə malikdir. Bütün kollektivlərdə çatışmamazlıqlar bir neçə turdan sonra özünü göstərməyə başlayır. Bizimdə müəyyən zəif nöqtələrimiz ola bilər. Ancaq ən əsası onları vaxtında aradan qaldırmaqdır. İşin gedişatına görə biz futbolçular özümüzü həm oyun quruculuğu, həm də fiziki baxımdan çempionata hazır sayırıq. Komanda iddialıdırsa, əlbəttə ki, ilk turdan gücünü ortaya qoymalıdır. Hansı çatışmamazlıqlarımız olacaq məşqçi heyəti təbbi ki, bunu görəcək və “Qəbələ” ilə oyundan başlayaraq növbəti turlardan aradan qaldırmağımıza kömək edəcək.

- Təcrübəli futbolçu kimi heyətdə olan gənc oyunçularımız haqqında nə deyə bilərsən?

- Yeni mövsümdən hər komandanın heyətində 21 yaşdan aşağı bir futbolçu meydanda olmalıdır. Hazırda onlar da bizimlə təlim-məşq toplanışındadır. Ağır da olsa, asan da olsa, bu yolu keçməlidirlər. Əgər iddialıdırlarsa çempionatda onlara veriləcək şansı dəyərləndirməlidirlər. Bu, onlara irəliyə addım atmaq üçük əla imkan yaradacaq. Bunu da yaxşı dəyərləndirib, özlərini yüksək səviyyəli futbolçu kimi yetişdirməlidirlər. Hər şey məhz bu cür hazırlıqlardan başlayır, sonra oyunlardan. Məşqçi də gənc futbolçularımıza inanır, onlara bu şansı verir. Onlarda qarşılaşmalarda özlərin yaxşı şəkildə göstərib, heyətdə yerlərini möhkəmləndirməlidirlər. Artıq hər şey öz əllərindədir.   

- Komandamız iki legioner futbolçu ilə müqavilə imzalamağa hazırlaşır. Yeni üzvlərimiz hazırlıq dövründə səndə hansı təəssüratlar oyadıb?

- Həm məşqlərdə, həm də yoldaşlıq görüşlərində komandaya kömək edəcəklərini yaxşı şəkildə göstərdilər. Çempionatda da onlara uğurlar arzulayıram. İnanıram ki, komandamızın uğur qazanmasında pay sahibi olacaqlar.

- “Simurq”un azərkeşləri bu mövsüm komandadan nə gözləsinlər?

- Oynadığım hər bir klubda komandanın məqsədindən əlavə, öz məqsədim olur ki, çempion olum. Komandanın hansı səviyyədə, hansı büdcədə olmasından asılı olmayaraq. Azərkeşlər də bizdən nəticə gözləyir. Onlarsız futbol olmaz. Biz də azərkeşlərdən xahiş edirik ki, oyunlara gəlib komandamızı qələbəyə səsləsinlər. Uğurlarımızda payları olsun. Biz də çalışacayıq ki, onlara layiq oyun göstərək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail