Kamran Ağayev: “Futbolçunu bu vaxt transferə çıxarmılar”

27.07.2012 | 6694 dəfə oxunub


“Transferə çıxarılmağım barədə xəbərim var. Bilirəm ki, bu gün klubdaxili toplantı olub və orada belə bir qərar qəbul olunub”. Bu sözləri Stadium.az-a açıqlamasında Azərbaycan milli komandasının qapıçısı, bu gün “Xəzər Lənkəran” tərəfindən transferə çıxarılan Kamran Ağayev deyib.

Təcrübəli qolkiper bildirib ki, transferə çıxarılmasının səbəbini özü də bilmir: “Mənə heç bir səbəb bildirmədilər. Dedilər ki, transferə çıxarılmışam, vəssəlam”.

K.Ağayev bu qərarı düzgün saymır: “Təbii ki, bunu düzgün hesab etmirəm. Çünki futbolçunu ilin, günün bu vaxtında transferə çıxarmırlar. Fasilə bitmək üzrədir, bu gün, sabah çempionatlar başlayır, komandalar artıq heyətlərini komplektləşidiriblər”.

Gələcək karyerası haqda isə təcrübəli qapıçı bunları söylədi: “İndi özümə yeni komanda tapmalıyam. Mən peşəkar futbolçuyam, hər zaman təkliflərim olub, indi də var. Amma karyeramı harada davam etdirəcəyi dəqiq söyləyə bilmərəm. Yəqin ki, qarşıdakı günlərdə məsələ aydınlaşar”.

Ağayev nəhayət ki, legioner həyatı yaşayacağını da istisna etməyib: “Karyeramı ölkə xaricində də davam etdirə bilərəm. Açıq deyəcəyəm, hazırda şəxsi həyatımda bəzi problemlərim var. Onları həll edə bilsəm, mütləq ölkə xaricinə gedəcəyəm. Yox, problemləri həll etmək mümkün olmasa, o zaman karyeramı Azərbaycanda davam etdirəcəyəm”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail