“Qarabağ” “Rizəspor” üzərində əzmkar qələbə qazandı YENİLƏNİB

28.07.2012 | 5485 dəfə oxunub



“Qarabağ”ın Boluda keçirdiyi təlim-məşq toplanışının sonuna yaxınlaşır. Stadium.az xəbər verir ki, bu gün Ağdam klubu yerli vaxtla 18:00-da “Rizəspor”la sonuncu yoxlama oyununa çıxıb.

“Qarabağ” (AZƏRBAYCAN) - “Rizəspor” (Türkiyə) 3:2 


Qarabağ: Miro Varvodiç, Admir Teli, Maksim Medvedev, Rəşad Sadıqov, Ansi Aqolli, Qara Qarayev, Namiq Yusifov, Riçard Almeida, Muarem, Əfran İsmayılov, Rauf Əliyev

1 - Oyuna Qarabağ başlayır

7 - İlk künc zərbəsini komandamız yerinə yetirdi

12 - Əfranın ideal ötürməsindən sonra Yandan cərimə meydançasına girən Raufun zərbəsi qapı dirəyindən azacıq aralı keçdi

16 - Daha bir qol imkanı. Riçard-Rauf paslaşması Riçardın zərbəsi ilə yekunlaşdı. Qapıçı yerindədir

19 - Əfranın yandan ötürməsini Rauf zərbə ilə tamamladı

22 - Namiq-Muarem-Əfran-Riçard paslaşması sonuncunun topu qapıdan keçirməsi ilə nəticələndi. Hakim Riçardın oyundan kənar vəziyyətdə olduğuna görə topu hesaba almadı

29 - Maksimin ideal hava ötürməsini Riçard eyni gözəlliklə qapıya yönəldə bilmədi. Hesabı açmaq üçün heç bir maneə yox idi

31 - Əfran rəqibin 4 oyunçusunun əhatəsindən çıxaraq qapıya zərbəsi qapı dirəyinə dəydi

31 - QOLLL Qayıdan topa çatan Riçard hesabı açdı

37 - Əfranın geri ötürməsini Ansi zərbə ilə tamamladı

45 - İlk yarı başa çatdı


46 - İkinci hissə başladı

49 - Telinin topu qapıçıya ötürmək istəyi hesabın bərabərləşməsi ilə nəticələndi 1-1

55 - Matçın bu dəqiqələri üstünlük tamamilə komandamızın tərəfindədir

57 - Ansinin asmasından sonra Raufun baş zərbəsi dəqiq olmadı

60 - Muarem, Rauf, Maksim və Namiqin yerinə meydana Vüqar, Elnur, Kamil və Mustafa daxil oldu

64 - Hakim gözlənilmədən Mironun rəqibə qarşı kobud oynadığını qeydə aldı. Penaltini rəqib dəqiq yerinə yetirdi. 1-2


70 - Rəşadın ara ötürməsindən sonra qapıçı ilə təkbətək çıxan Vüqar dəqiq olmadı

73 - Vüqar 100%li qol imkanından istifadə edə bilmədi

77 - Vüqarın ötürməsini Elnur qapıdan keçirdi. 2-2

80 - Əfran qapıçını da keçərək boş qapıya zərbəsi gözlənilmədən dirəkdən döndü

81 - Bəxtiyar Əfranı əvəz edir

88 - Mustafa iki oyunçunu arxada qoyaraq hesabı komandamızın xeyrinə dəyişdi 3-2

90 - Oyun başa çatdı. 3:2 qələbə qazandıq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail