London-2012-nin ilk günü: 2 idmançımız tamam, 3-ü davam YENİLƏNİB

28.07.2012 | 10543 dəfə oxunub



Bu gün London Yay Olimpiya Oyunlarında bir çox idman növlərində mübarizəyə start verilib. Stadium.az xəbər verir ki, yarışların ilk günündən azərbaycanlı idmançılardan da bəziləri mübarizəyə qoşulub.

***

Çüdo yarışlarında İlqar Müşkiyev tatamiyə çıxacaq. 60 kq çəki dərəcəsində qüvvəsini sınayacaq idmançımız ilk mərhələdən azaddır. Müşkiyev yarışa 1/16 final mərhələsindən qoşulacaq. Onun ilk rəqibi saat 13:44-də başlayacaq Tobias Enqlmayer (Almaniya) - Ovanes Davtyan (Ermənistan) cütünün qalibi olacaq.

Artıq təmsilçimizin rəqibi müəyyənləşib. Erməni idmançı ippon və yuko fəndləri ilə almaniyalı rəqibini məğlub edib. Bununla da Müşkiyevin ilk rəqibi Davtyan olub. Döyüş Bakı vaxtı ilə saat 14:40-da başlayacaq.

Artıq idmançımızın döyüşü başa çatıb. Təəssüf ki, Müşkiyev erməni idmançısına məğlub oldu. Davtyan bir vazari xalı ilə idmançımızı üstələdi.   

Qeyd edək ki, Olimpiya Oyunlarında Azərbaycan 8 cüdoçu ilə təmsil olunur. Cüdo yarışlarında hər günün sonunda qalib müəyyənləşəcək.

***

Bu gün London Yay Olimpiya Oyunlarında akademik avarçəkmə yarışlarına da start veriləcək. Azərbaycan Olimpiya yığmasının heyətində yürüş xəttinə Aleksandr Aleksandrov Nataliya Mustafayeva çıxacaqlar.

Aleksandrov kişilər arasında 1 nəfərlik qayıqla (M1X) mübarizə aparacaq. Bu qayıq tipində 33 idmançı 6 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 3-də isə 5 avarçəkən yer alıb. 22 yaşlı təmsilçimiz 6 nəfərlik qrupa düşüb. Rəqiblər Lassi Karonen (İsveç), Anderson Noçetti (Braziliya), Matias Raymon (Monako), Ceyms Freyzer-Makkenzi (Zimbabve) və Pol Etia Ndumbe (Kamerun) olacaq. Onlar yerli vaxtla saat 12:50-də (Bakı vaxtı ilə saat 16:50) start xəttinə çıxacaqlar. 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda ilk 3 yeri tutanlar 1/4 finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanacaqlar.

Idmançımız ilk mərhələni uğurla başa vurdu. Aleksandrov 6 dəqiqə 49 saniyəlik göstərici ilə seçmə mərhələni ikinci pillədə başa vurdu. Bu nəticə idmançımızın 1/4 finala yüksəlməsinə kifayət etdi.  

Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışacaq. Bu qayıq tipində 28 avarçəkən 5 seçmə qrupa bölünüb. 3 seçmə qrupda 6, 2-də isə 5 idmançı yer alıb. 27 yaşlı təmsilçimiz də 6 nəfərlik qrupa düşüb. Rəqiblər Kamila Varqas Palomo (Salvador), Kim Krou (Avstraliya), Mayçin Tornikroft (Zimbabve), Yariulvis Kobas (Kuba) və Yeji Kim (Cənubi Koreya) olacaq. Onlar start xəttinə Bakı vaxtı ilə saat 17:40-da çıxacaqlar. 2000 metr məsafəyə seçmə yürüş nəticəsində qrupda ilk 4 yeri tutanlar 1/4 finala, qalanlar isə təsəlli yürüşünə vəsiqə qazanacaqlar.

Nataliya Mustafayeva artıq mübarizəni başa vurdu. Aleksandrovun ardınca Mustafayeva da 1/4 finala yüksəldi.

***

London Olimpiadasında yeganə idman gimnastımız Şakir Şıxəliyev mübarizəyə bu gün başlayacaq. 21 yaşlı idmançımızın çıxış edəcəyi yarışa Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.

3 qrupda keçiriləcək bu idman növündə həmyerlimiz ilk qrupda yer alıb. Onun ümumilikdə 67, qrupda isə 31 rəqibi var.

Təmsilçimiz artıq təsnifat mərhələsindəki 5 növdə çıxışını başa vurub. Onun turnirdəki çıxışı 10,633, sərbəst çıxışı 14,600 xalla qiymətləndirilib. O, artıq at təmrinində də çıxış edərək 12,866 xal qazanıb. Ardından brusda 13,166, tramplindən tullanmada 15,433, brus qollarda 13,666 xal toplayan həmyerlimiz 6 növün cəmində 80,364 xala malikdir. Bu isə idmançımızı yalnız 26-cı pilləyə çıxara bilib. Nəticədə Şakir final mərhələsin vəsiqə qazana bilməyib. Qeyd edək ki, təsnifat mərhələsinin yekununda ən günlü 24 gimnast finala yüksəlib. 

***

Bu gün London Olimpiadasında boks yarışlarına start veriləcək. İlk gün Azərbaycanın 1 təmsilçisi rinqə çıxacaq. Yığmamızın üzvlərindən öncə mübarizəyə Soltan Migitinov (75 kq) qoşulacaq. 1/16 final mərhələsindən yarışa qatılacaq həmyerlimiz misirli Məhəmməd Hikalla qüvvəsini sınayacaq. Döyüş Bakı vaxtı ilə saat 20:15-də başlayacaq.

Soltan Migitinov misirli rəqibini 20:12 hesabı ilə məğlub etdi. İdmançımız növbəti mərhələdə braziliyalı Falcao Flarentino ilə qarşılaşacaq. 

Azərbaycanın təmsil olunduğu 56 kq çəki dərəcəsində də ilk döyüşlər keçiriləcək. Lakin bu çəkidəki təmsilçimiz Məhəmməd Abdulhəmidov ilk mərhələdən azaddır. Bu gün isə onun rəqibi müəyyənləşəcək. Belə ki, boksçumuz bu gün baş tutacaq İsaac Doqboe (Qana) - Satoşi Şimizu (Yaponiya) cütünün qalibi ilə qarşılaşacaq. Təmsilçimizin rəqibinin müəyyənləşəcəyi döyüş bu gecə 01:45-də başlayacaq. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail