Böyükağa Hacıyev: “İnanıram ki, “Neftçi” İsraildən də uğurlu nəticə ilə qayıdacaq”

28.07.2012 | 3761 dəfə oxunub


Hazırda müalicəsini Rusiya paytaxtı Moskvada davam etdirən "Neftçi" klubunun baş məşqçisi Böyükağa Hacıyev klubun rəsmi saytına danışıb. Stadium.az xəbər verir ki, təcrübəli mütəxəssis komandasının Çempionlar Liqasındakı uğurlu çıxışını İsraildə də davam etdirəcəyinə inandığını bildirib: “Səhhətimlə əlaqədar Rusiyada müalicə olunuram. İyulun 31-də cərahiyyə əməliyyatı nəzərdə tutulub. İnanıram ki, tezliklə müalicəmi başa vurub, komandanın yanına qayıdacam. Çempionlar Liqasındakı uğurlu çıxışımız məni çox sevindirdi. "Zestafoni" ilə oyundan sonra klub prezidenti Sadıq Sadıqov bu qələbəni mənə həsr etdiklərini demişdi. Belə diqqət və qayğını hiss etmək qürurvericidir. "Neftçi" ailəsinin bir üzvü olduğum üçün özümü xoşbəxt hesab edirəm. Özüm burda olsam da, ürəyim komandanın yanındadı. İnanıram ki, "Neftçi" İsraildən də uğurlu nəticə ilə qayıdacaq. Azarkeşlərimizi, bütün Azərbaycan futbolsevərlərini komandamıza dəstək olmağa çağırıram". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail