London-2012: Azərbaycana ilk medalı Avropa çempionumuz qazandırdı YENİLƏNİB

30.07.2012 | 6281 dəfə oxunub

Bu gün London-2012-də ağırlıqqaldırma üzrə Azərbaycan millisinin üzvü Valentin Xristov (56 kq) podiuma çıxacaq.Stadium.az xəbər verir ki, böyük ümidlər bəslənilən 18 yaşlı milliləşdirilmiş legioner A qrupunda qüvvəsini sınayacaq.Avropa çempionumuz 10 ağırlıqqaldıranla A qrupunda yer aldığından, yarışa Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Qeyd edək ki, Xristov Olimpiya Oyunlarında toplam start çəki kimi 290 kq-ı sifariş verib. 2011-ci ildə dünya çempionatının bürünc, bu ilə isə Avropa çempionatının qızıl medalının qazanan idmançımızın əsas rəqibləri Le Qok Toan (Vyetnam), Arli Şontey (Qazaxıstan) və Vu Jinbaodur (Çin). Xatırladaq ki, olimpiadada ağırlıqqaldırma millimiz 5 kişi və 1 qadın idmançı ilə təmsil olunur. İdmançılarımızın olimpiadada heç vaxt medal qazana bilmədiyini də əlavə edək.


Xristovun ilk cəhdi uğurlu oldu. O, 120 kq çəkini 123-ə dəyişir və birdənqaldırmada bunu asanlıqla həyata keçirir. Rəqiblərinin çıxışına uyğun olaraq o, ikinci cəhdindən 127 kq sifariş verdi və bunun da öhdəsindən məharətlə gəldi. Nəhayət, üçüncü cəhdində Valentin 130 kq sifariş versə də, buna nail ola bilmir və 127 kq-la kifayətlənməli olur. Yekunda idmançımız birdənqaldırmada 3-cü yeri tutur. 133 kq qaldıran Çin idmançısı Jinqbao və 132 kq-ın öhdəsindən gələn tunisli El-Maoui 1 və 1-ci yerləri tuturlar.
 
Artıq təkanlaqaldırma da başlayıb. İdmançımız öncə 150 kq sifariş etsə də, son anda rəqiblərinin çıxışına uyğun olaraq bunu 154 kq-a dəyişib.

Xristov əlavə etdiyi son sifarişini uğurla başı üzərinə qaldırır.
İkinci cəhddə o, 158 kq sifariş etsə də, bunun öhdəsindən gələ bilmir.
Xristov üçüncü cəhddə 159 kq sifariş edərək, bunun öhdəsindən gəldi.
Bununla da Xristov  Olimpiya Oyunlarında Azərbaycan ilk medal qazandırdı. O, bürünc medal qazandı.
Milliləşən bolqar atlet 56 kq-da yarışan idmançılar arasında əsas favoritlərdən hesab olunur. Elə Azərbaycan millisinin də medal qazanmağa əsas namizədlərindən biridi.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail