London-2012: Üzgüçümüz yarımfinaldan kənarda qaldı YENİLƏNİB

29.07.2012 | 6871 dəfə oxunub

Azərbaycan Olimpiya millisinin üzgüçüsü Oksana Hətəmxanova bu gün Londonda mübarizəyə başlayır. Stadium.az xəbər verir ki, brass üsulu ilə 100 m məsafəyə üzəcək təmsilçimiz təsnifat mərhələsinin birinci qrupunda gücünü yoxlayacaq.  O, Oyunqerel Qantumur (Monqolustan), Pilar Şimizu (Quam adaları), İvana Ninkoviç (Bosniya və Herseqovina), Matelita Buadromo (Fici) və Dede Kamara (Qvineya) ilə mübarizə aparacaq. Həmyerlimiz 6-cı xətdə üzəcək. Olimpiya təsnifat mərhələsindəki göstəricisi 1:22,66 saniyə olan Hətəmxanova bununla rəqiblərindən yalnız Monqolustan və Qveniya təmsilçilərini qabaqlayır. Oksananın qüvvəsini sınayacağı qrup Bakı vaxtı ilə saat 14:43-də start xəttinə çıxacaq.

Artıq üzgüşümüzün yarışdığı birinci qrupda mübarizə başa çatıb. İdmançımız 1,25,52 göstəricisi ilə təsnifat mərhələsini qrupunda dördüncü yerdə tamamlayıb. O birinci olan bosniyalı İvana Ninkoviçdən 11 saniyə geri qalıb. Hazırda təsnifat mərhələsinin yarışları davam etsə də, Hətəmxanovanın yarımfinala adlaya bilməyəcəyi dəqiqdir.

Qeyd edək ki, təsnifat mərhələsində 46 üzgüçü 6 qrupda yarışacaq. Ən yaxşı göstəriciyə imza atacaq 16 idmançı yarımfinala çıxacaq. Bu növün əsas favoriti amerikalı Ribekka Sonidir (1:04,91).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail