London-2012: Tərlan Kərimov medal qazana bilmədi YENİLƏNİB

29.07.2012 | 10868 dəfə oxunub

XXX Yay Olimpiya Oyunlarının ikinci günü Azərbaycan millisinin daha bir cüdoçusu Tərlan Kərimov (66 kq) tatamiyə çıxacaq. Stadium.az xəbər verir ki, ilk mərhələdən azad olan həmyerlimiz 1/16 finalda rusiyalı Musa Moquşkovla qarşılaşıb. Gərgin keçən görüşün əsas vaxtında qalibi müəyyən etmək mümkün olmayıb. Tərəflər hərəyə 1 yuka xalı qazanıblar. Əlavə vaxtda isə Tərlan daha bir yuka xalı qazanmaqla dünya reytinqində 1 nömrə, eləcə də bu çəki dərəcəsində yarışın əsas favoritlərindən olan rusiyalı rəqibini məğlub edərək, 1/8 finala yüksəlib. Növbəti mərhələdə Tərlan Əhməd Avad (Misir) - Humayd Alderey (BƏƏ) cütünün qalibi ilə güləşəcək. Artıq Tərlanın rəqibi məlumdur. Misirli idmançı ipponla qalib gələrək, 1/8 finalda həmyerlimizin önünə çıxacaq 

1/8 finalda onun rəqibi Misir idmançısı Əhməd Avad olub. Bu cüdoçu 1/16 finalda Humaid Alderey (BƏƏ) üzərində qələbə qazanmışdı. Lakin Tərlan bu rəqibi üzərində aşkar qələbə qazanıb və 1/4 finala vəsiqə əldə edib - 2:0.
 
Kərimovun yarımfinala çıxmaq yolundakı rəqibi Suqoy Uriarte idi (İspaniya). O, 1/8 finalda Andorra təmsilçisi Daniel Qonsales Qarsiyanı məğlub edib. Bundan əvvəl isə İtaliya və Aruba təmsilçilərini mübarizədən kənarlaşdırıb. Təəssüf ki, Tərlan da bu rəqibi ilə görüşdə məğlubiyyətlə üzləşib.
 
Amma idmançımızın hələ təsəlliverici görüşlərdə qüvvəsini sınamaq şansı qalırdı. Onun bu yolda ilk rəqibi isə polşalı Pavel Zaqrodnik idi. Çox təəssüf ki, o, elə bu rəqibinə uduzaraq, bürünc medal qazanmaq şansını da əldən verib və Olimpiadanı yeddinci yerdə başa vurub.
 
Xatırladaq ki, olimpiadada cüdoçularımızdan ilk olaraq İlqar Muşkiyev qüvvəsini sınayıb. Lakin 60 kq-da mübarizə aparan təmsilçimiz elə ilk cəhdindəcə məğlub olub.

Olimpiadaya 8 cüdoçu ilə yollanan yığmamızın heyətində hələlik İlqar Müşkiyev (60 kq) çıxışını başa vurub. O, ilk görüşündəcə uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail