London-2012: Daha iki cüdoçumuz medala həsrət qaldı YENİLƏNİB
XXX Yay Olimpiya Oyunlarının III yarış günüdə cüdo proqramında daha 2 çəkinin qalibi müəyyənləşəcək. Stadium.az xəbər verir ki, Azərbaycan millisi 73 kq çəki dərəcəsində Rüstəm Orucov, 57 kq çəki dərəcəsində Kifayət Qasımova ilə təmsil olunub.
Qadınlar
57 kq
Püşk Kifayət Qasımovanı ilk mərhələdən azad etdiyindən təmsiçimiz mübarizəyə 1/8 finaldan başlayıb. O, saat 13:30-da start götürən yarışda Kaori Matsumoto (Yaponiya) - Vesna Cukiç (Sloveniya) cütünün qalibi ilə qüvvəsini sınayıb. Kaori Matsumota sloveniyalı idmançı üzərində 1 vazari və 1 yuka xalları ilə qələbə qazanmaqla Kifayətə rəqib olub. Təmsilçimizin yaponiyalı idmançıya qarşı keçirəcəyi görüş saat 15:01-də start götürüb. Təəssüf ki, Kifayət Qasımova yaponiyalı idmançı ilə bacarmadı. Rəqib 1 vazari xalı ilə həmyerlimizi üstələyib.
Kişilər
73 kq
Pekin Olimpiadasında Elnur Məmmədlinin Olimpiya çempionu olduğu çəkidə Azərbaycanı təmsil edən Rüstəm Orucov 1/16 finalda Qideon Van Zillə (CAR) münasibətinə aydınlıq gətirib. Görüş Bakı vaxtı ilə saat 14:40-da start götürüb. Rüstəm Orucov turnirə uğurla start verib. Təmsilçimiz afrikalı idmançı üzərində qələbə qazanıb. Görüşün gedişində hesabda geridə olmasına baxmayaraq, sona 27 saniyə qalmış təmsilçimiz ipponla qələbə qazanaraq, növbəti mərhələyə yüksəlib. Orucov növbəti mərhələdə Rusiyanı təmsil edən Mansur İsaevlə qarşılaşıb. Təəssüf ki, ötən dəfə ipponla qalib gələn həmyerlimiz bu dəfə özü ippona düşüb.
Qeyd edək
ki, Böyük Britaniya paytaxtına 8 cüdoçu ilə yollanan millimizin heyətində İlqar
Müşkiyevlə (60 kq) Tərlan Kərimov (66 kq) Olimpiadanı medalsız başa vurub.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |