Bolqarıstan klubu “Qəbələ”dən 500 min avro istəyir

30.07.2012 | 5328 dəfə oxunub


“Qəbələ” klubu daha bir futbolçunun transferini reallaşdırmaq üzrədir. Stadium.az xəbər verir ki, Qəbələ təmsilçisi Bolqarıstanın “Çernomorets” klubunda çıxış edən braziliyalı sol cinah yarımmüdafiəçisi Lorival Asisslə danışıqlar aparır. Lakin hələlik “Qəbələ” ölkə mətbuatında yazıldığı kimi braziliyalı futbolçu ilə rəsmi müqavilə imzalamayıb. Futbolçunun özü ilə bütün detallar razılaşdırılsa da, “Çernomorets”lə razılığa gəlmək mümkün olmur. Bolqarıstan mətbuatının iddiasına görə, “Çernomorets” klubu “Qəbələ”dən bu keçidə görə 500 min avro tələb edir. Qeyd edək ki, Asissin 28 yaşı var. Karyerası ərzində Bolqarıstan klubuna qədər “Kalmar” (İsveç), “Avay”, “Amerika RN” və “Botofaqo”da (hamısı Braziliya) çıxış edib. Son mövsüm Bolqarıstan çempionatında 25 oyuna 10 qol vurub.   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail