London-2012: Aleksandr Aleksandrov və Nataliya Mustafayeva yarımfinalda!!! YENİLƏNİB

31.07.2012 | 8184 dəfə oxunub



Bu gün Olimpiadada Azərbaycanın akademik avarçəkənləri növbəti sınaqlarına çıxıblar.Stadium.az xəbər verir ki, təsnifat mərhələsini uğurla başa vuran Aleksandr Aleksandrov və Nataliya Mustafayeva 1/4 final mərhələsində qüvvələrini sınayıblar.

Kişilər arasında 1 nəfərlik qayıqla (M1X) çıxış edən 22 yaşlı Aleksandrov start xəttinə saat 15:00-da çıxıb. Təmsilçimiz Anderson Nosetti (Braziliya), Marsel Haker (Almaniya), Alan Kampbell (Böyük Britaniya), Patrik Lologer Salas (Meksika) və Donqyonq Kimlə (Cənubi Koreya) II qrupda mübarizə aparıb. Aleksandr II yürüş zolağında yer alıb. Aleksandrov uğurlu çıxışını 1/4 finalda da davam etdirib. 6 dəqiqə 56 saniyə nəticə göstərən və üçüncü olan idmançımız yarımfinala yüksəlməyi bacarıb. 

***

Mustafayeva isə qadınlar arasında 1 nəfərlik qayıqla (W1X) yarışıb. O, Aleksandrovdan 40 dəqiqə sonra IV qrupda III yürüş zolağına çıxıb. Nataliyanın rəqibləri Haruna Sakakibara (Yaponiya), Yeji Kim (Cənubi Koreya), Yekaterina Karsten (Belarus), Fie Udbi Eriçsen (Danimarka) və Kissya da Kosta (Braziliya) olublar. Aleksandrov kimi Mustafayevanın da çıxışı uğurlu alınıb və o da yarımfinala adlamağa müvəffəq olub. Təmsilçimiz 8 dəqiqəlik göstərici ilə üçüncü olub. 

***

Qeyd edək ki, hər 2 yarışda yürüş nəticəsində qrupda ilk 3 yeri tutanlar yarımfinala, digərləri isə təsəlli yürüşünə vəsiqə qazanıblar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail