London-2012: Hər 3 boksçumuz 1/4 finala yüksəlməyi bacardı YENİLƏNİB

02.08.2012 | 9699 dəfə oxunub



Bu gün London Olimpiadasında Azərbaycan boksçuları ilk döyüşlərini başa vurublar. Stadium.az xəbər verir ki, Nəriman Abdullayevin daha 3 yetirməsi növbəti mərhələyə yüksəlmək üçün rinqə çıxıb.

+91 kq

Yığmamızın üzvlərindən ilk olaraq mübarizəyə ən ağır çəkili idmançımız Məhəmmədrəsul Məcidov başlayıb. Dünya çempionumuz konqolu Meji Muanbanı sınağa çəkib. 1/8 final mərhələsində baş tutan döyüş Bakı vaxtı ilə saat 19:15-də start götürüb. Dünya çempionumuz turnirə uğurla start verib. Məcidov rəqibini asanlıqla üstələyib. Çempionumuz rəqibini ikinci raundda görüşü dayandırmağa məcbur edib. Məcidov növbəti mərhələdədir!  

56 kq

Məcidovdan sonra diqqətlər Məhəmməd Abdulhəmidovun döyüşünə yönəlib. Püşkün nəticəsinə əsasən ilk mərhələdən azad olan və yarışa 1/8 finaldan başlayan təmsilçimiz Satoşi Şimizu (Yaponiya) ilə üz-üzə gəlib. Görüş 01:15-də start götürüb. Sevindirici haldır ki, Məcidov kimi Abdulhəmidov da öz çəkisində ən güclü 8 idmançı arasına yüksəlməyi bacarıb. Boksçumuz yapon rəqibinə 22:17 hesabı ilə (4:2; 8:3; 10:12 )qalib gələrək, 1/4 finala yüksəlib. Növbəti mərhələdə Abdulhəmidovun rəqibi Əlcəzair boksçusu Mohamed Amine Ouadahi olacaq. Afrikalı əlcək usatı 1/8 finalda Dominikan Respublikasından olan Villiam Encarnacion Alcantaraya 16:10 hesabı ilə qalib gəlib. Abdulhamidovun Ouadahiyə qarşı döyüşü avqustun 5-də London vaxtı ilə 21:15-də (Bakı vaxtı ilə 01:15) start götürəcək.

91 kq

Daha sonra rinqə Teymur Məmmədov çıxıb. Dünya çempionatının gümüş mükafatçısı 1/8 final mərhələsində Tapu Opetaya Cayla (Avstraliya) münasibətinə aydınlıq gətirib. Komanda yoldaşları kimi Teymur da 1/4 finala adlamağı bacarıb. İdmançımız həddindən artıq gərgin keçən görüşdə rəqibinə 12:11 hesabı ilə (5:5; 4:4; 3:2 ) qalib gəlib.   

Qeyd edək ki, Olimpiadaya 7 kişi boksçu ilə yollanan yığmamızın heyətində hələlik Soltan Migitinov (75 kq) mərhələ adlayıb. Heybətulla Hacəliyev (64 kq), Elvin Məmişzadə (52 kq) və Vətən Hüseynli (81 kq) isə yarışla vidalaşıblar. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail