Kuboka sən də yaxın ol

01.08.2012 | 4869 dəfə oxunub


FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 həyəcanı yaxınlaşdıqca turnirin tanıtım və hazırlıq işləri respublika səviyyəsində davam etdirilir. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, turnirin rəsmi kuboku iyul ayının 6-da keçirilən təntənəli püşkatma mərsimindən sonra FIFA tərəfindən FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinə təqdim olunub. Pərəstişkarları sevindirəcək xəbər isə bundan ibarətdir ki, rəsmi kubok bir müddət AFFA-nın inzibati binasında, daha sonra isə sponsor və ölkə turlarında geniş ictimaiyyətə təqdim olunacaq. Sponsor turu zamanı rəsmi kubok çempionatın milli dəstəkçiləri olan SOCAR, Xalq Bank, Bakcell və Paşa Sığorta şirkətlərini gəzərək şirkət müştərilərinə bir addım daha yaxın olacaq. Sonrakı mərhələdə ölkə turuna start veriləcək və beləliklə kubok respublikanın Lənkəran, Gəncə, Sumqayıt və Bakı kimi iri şəhərlərinin əhalisinə təqdim olunacaq. Maraqlı məqamdır ki, kubok turu çempionatın ev sahibi statusu daşıyan Lənkəran şəhərindən başlanğıcını götürərək, Gəncə və Sumqayıt şəhərlərindən keçməklə Bakı şəhərinə qayıdacaq. Kubok turu zamanı adıçəkilən şəhərlərdə Top-Top Qız, rəqs qrupları, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi dostu Çingiz Mustafayevin və bir sıra tanınmış simaların iştirakı ilə əyləncəli proqramlar təşkil olunacaq, azarkeşlərə Top-Top Qız və rəsmi kubokla şəkil çəkdirmək üçün imkan yaradılacaq.

Turun son günü kubok Dənizkənarı Milli Parkda keçiriləcək geniş konsert proqramı ilə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi açılış mərasiminin keçiriləcəyi Bakı şəhərində geri dönəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail