"Milan"ın prezidenti: "Barselona"nın yoluyla getməliyik"

01.08.2012 | 10028 dəfə oxunub

"Milan"ın sahibi Silvio Berluskoni maliyyə problemləri  içində boğulan klubunun "Barselona"nın yoluyla getməli olduğunu bildirib. Stadium.az xəbər verir ki, "Milan" məhz kasıbçılıq ucbatından Zlatan İbrahimovic və Tiaqo Silvanı PSJ-yə satdı. Bu futbolçuların gedişindən sonra azarkeşlər "Milan"ın illik abunə kartlarını almaqda artıq maraqlı deyillər. Buna baxmayaraq, klubun prezidenti bundan sonra "La Masia" modelini təqib edəcəklərini açıqlayıb. "Milan Channel"ə danışan Berluskoni "İqtisadi vəziyyətimiz 90-cı illərdə olduğu kimi bir transfer dəliliyi yaşamamıza icazə vermir. Son illərdə olduğu kimi özünü sübut etmiş oyunçuları transfer edə bilmərik. Gənc oyunçulardan yeni bir komanda yaratmalıyıq. "Barselona" da bu şəkildə bacardı və problemlərini aradan qaldırdı. "Milan"da bunu Maldini, Baresi və Costakurta kimi ulduzlarla bacarmışdı. Bundan sonra İspan klubunun tutduğu yolla irəliləməliyik" deyə bildirib.

Berluskoni daha sonra sözlərinə əlavə edib ki, bütün çətinliklərə baxmayaraq, komandası yenə çempionluğun əsas namizədlərindən biridir: "Pato, Robinyo, Boatenq, Əl Şaaravi və Kassano kimi ulduzlarla güclü bir heyətimiz var. "Milan" bu mövsüm daha yaxşı olacaq. Keçən mövsüm zədəlilərimiz canımızı çox sıxmışdı. Ümid edirəm ki, qarşıdakı mövsümdə belə problemimiz olmayacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail