London-2012: “Azərbaycanlı idmançının finala yüksəlməsi böyük uğurdur”

01.08.2012 | 4997 dəfə oxunub


2012-ci il London Yay Olimpiya Oyunlarında Azərbaycan akademik avarçəkənləri uğurlu çıxışlarını davam etdirirlər. Artıq Aleksandr Aleksandrov finala vəsiqə qazanıb. Avqustun 2-də isə Nataliya Mustafayeva yarımfinal yürüşünə qatılacaq. Bu nailiyyətlərlə əlaqədar Milli Avarçəkmə Federasiyasının (AMAF) prezidenti Elçin Zeynalov müsahibə verib.

 

- Azərbaycan olimpiadada ilk dəfə təmsil olunduğu akademik avarçəkmə növündə finala yüksəldi. Əvvəlcə bununla bağlı fikirlərinizi bilmək istərdik...

- Bu, həqiqətən də tarixi nailiyyət, çox gözəl nəticədir. Azərbaycan tarixində ilk dəfə akademik avarçəkmə növündə finalda təmsil olunacaq. Doğrudan da böyük uğurdur. Biz hamımız bununla fəxr edirik. Mən də öz növbəmdə bütün akademik avarçəkmə azarkeşlərini, ümumiyyətlə, idmansevərləri təbrik edir və avqustun 3-də keçiriləcək final yürüşündə Saşaya uğurlar arzulayıram.

- Aleksandrov yarımfinalçılar arasında ən gənci idi. Cəmi 22 yaşında olmasına baxmayaraq, onun finala çıxacağına inanırdınızmı?

- Ümumiyyətlə, Saşa çox perspektivli, çox güclü idmançıdır. Mən burada başqa ölkədən olan idmançıların ona yanaşmasını görürəm. Doğrudan da hamı çox gözəl, dost münasibəti bəsləyir. Diqqət yetirsək, Aleksandrovun finaldakı 5 rəqibinin 4-ü 30 yaşında və daha yuxarıdır. Ümumiyyətlə, akademik avarçəkmə növündə təcrübəlilər daha tez-tez finala yüksəlir, medal qazanırlar. Saşa isə onların arasında ən gəncidir. Rəqiblərdən ən gənci Aleksandrovdan 7 yaş böyükdür. Bu isə o deməkdir ki, Saşanın potensialı böyükdür və inşallah, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında daha təcrübəli və favorit idmançı ola bilər.

- Avqustun 2-də daha bir akademik avarçəkənimiz Nataliya Mustafayeva yarımfinal yürüşünə çıxacaq. Daha təcrübəli - 27 yaşında olan Mustafayevadan nə gözləyirsiniz?

- Mustafayeva təcrübəli və çox peşəkar idmançıdır. O da yarımfinalda çox güclü qrupa düşüb. Ümidvarıq ki, Mustafayeva da gözəl nəticə göstərəcək. Hamımız onun da finala vəsiqə qazanmasını arzulayırıq.

- Avarçəkənlərimizə dəstək hansı səviyyədədir?

- Olimpiadada iştirak edən nümayəndə heyəti üzvlərinin çoxu və turistlər bu gün “Eton Dorney” Avarçəkmə Mərkəzində idilər. Onların hamısı Saşaya azarkeşlik edirdilər. Qeyd etmək istərdim ki, Böyük Britaniya rəsmiləri tərəfindən də akademik avarçəkmə növünə böyük maraq var. Bugünkü yarışlara Böyük Britaniya şahzadələri, kraliçanın bacısı, keçmiş baş nazir də qatılmışdı. Eyni zamanda ayrı-ayrı ölkələrin idman nazirləri və federasiya prezidentləri də yürüşləri izləyirdilər. Onların hamısı bir nəfər kimi gənclər və idman naziri Azad Rəhimovu, nümayəndə heyətimizi bu münasibətlə təbrik etdilər.

Azərbaycan Milli Avarçəkmə Federasiyasının mətbuat xidməti



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail