London-2012: Daha 1 idmançımızdan erkən vida YENİLƏNİB

02.08.2012 | 7250 dəfə oxunub



Bu gün XXX London Yay Olimpiya Oyunlarının kişilər arasında üzgüçülük yarışlarında Azərbaycanı təmsil edən yeganə idmançımız Yevgeni Lazuka mübarizəyə qoşulub. Stadium.az xəbər verir ki, batterflyay üsulu ilə 100 m məsafəyə üzəcək təmsilçimiz 43 idmançı arasında II qrupda yer alıb. İştirakçılar 1-ci də 3, digərlərində 8 olmaqla 6 qrupa bölünüb. Daha iddialıların sonrakı qruplarda yer alması üzündən Yevgeni o qədər də güclü olmayan rəqiblərlə birgə üzmə zolağına çıxıb. Həmyerlimizin 8-ci xəttə üzdüyü təsnifat yarışında Daniel Bell (Yeni Zelandiya), Stefanos Dimitriadis (Yunanıstan), Bencamin Hokkin (Paraqvay), Pavel Snakoviç (Belarus), Yosef Şulinq (Sinqapur), Vitautas Yanusaytis (Litva) və Dominik Meçri (İsveçrə) ilə gücünü yoxlayıb. Olimpiya təsnifat mərhələsində göstərdiyi 57,54 saniyəlik nəticə ilə 43 iştirakçı arasında 40-cı olan Lazuka yalnız 1-ci qrupda üzəcək 3 idmançını üstələyib. Təmsilçimizin çıxış edəcəyi 2-ci qrupun favoriti isə Belarus üzgüçüsüdür (52,97).

İdmançımızın çıxışı elə də uğurlu alınmayıb. 53,86 saniyəlik nəticə göstərən Yevgeni yalnız altıncı olub. Mübarizə davam etsə də, Lazukanın çıxışını başa vurduğunu əminliklə söyləmək olar. Çünki təsnifatdan yarımfinala ən yaxşı nəticə göstərəcək 16 idmançı çıxır. Təmsilçimizin nəticəsi isə artıq 16-dan çox idmançının göstəricisindən zəifdir. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail