“Real” və “İnter”də oynamış futbolçunun qardaşı Bakıda meydana çıxmayacaq

02.08.2012 | 5617 dəfə oxunub


Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bakıda “Neftçi”nin qonağı olacaq İsrail çempionu “Hapoel” (Kiryat Şimona) qarşıdakı görüşə itkiylə çıxacaq. Stadium.az xəbər verir ki, ilk oyunda zədələnərək, meydanı vaxtından əvvəl tərk edən David Solari “Dalğa Arena”da baş tutacaq görüşdə iştirak etməyəcək. Buna onun dizindən ciddi zədə alması səbəb olub. Xatırladaq ki, Solari ötən gün İsraildə keçirilən oyunun ilk dəqiqələrindən meydanda idi. Amma elə matçın əvvəlində aldığı zədə onun erkən əvəzlənməsiylə nəticələnib. Qeyd edək ki, David Solari məşhur futbolçu, bir vaxtlar “Atletiko”, “Real”, “İnter” kimi klubların formasını geymiş Santyaqo Solarinin doğma qardaşıdır. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail