Haynts Barmettler: “Azərbaycan haqqında ilk məlumatım Avroviziya-2012 müsabiqəsilə bağlı idi”

02.08.2012 | 5563 dəfə oxunub


Bu yaxınlarda “İnter”lə iki il müddətinə müqavilə imzalayan isveçrəli müdafiəçi Haynts Barmettler “İnter”in rəsmi internet saytına müsahibə verib.

 

- “İnter”ə keçidiniz necə baş tutdu?

- “İnter”in əməkdaşları mənim agentimlə əlaqə saxladılar. O da bu klubun mənə olan marağını bildirdi. Sonra ailəmlə məsləhətləşdim və klubla danışıqlardan sonra müqavilə imzaladım. Mənim “İnter”ə keçidim belə baş tutdu.

- Maraqlıdır, buraya gəlməmişdən öncə ölkəmiz haqqında nə bilirdiniz?

-Azərbaycan haqqında ilk məlumatım Avroviziya-2012 müsabiqəsilə bağlı idi. Bilirdim ki, bu il müsabiqə məhz Azərbaycanda keçiriləcək. Bundan başqa, bilirdim ki, ölkəniz böyük neft ehtiyatlarına malikdir. “İnter”dən təklif gələndən sonra internetdə Bakı haqqında daha geniş məlumat axtarmağa başladım. Saytlar vasitəsilə mənə öyrənmək nəsib oldu ki, çox böyük paytaxtınız var. Bakı çox böyük və müasir şəhərdir.

 -Yerli futbol haqqında nə bilirdiniz?

- Mənə məlum idi ki, milli komandanızın baş məşqçisi alman mütəxəssisi Berti Foqtsdur. Bilirdim ki, bizim milli komandalarımız nə vaxtsa görüşüblər. Lakin etiraf edim ki, yerli klublar barədə heç bir məlumatım yox idi.

- Artıq iki həftədir “İnter”in heyətindəsiniz. Komandada hökm sürən atmosfer və komandaya uyğunlaşmağınız barədə nə deyə bilərsiniz?

- Komandada çox xoş atmosfer hökm sürür. “İnter” ilk məşqimə çıxan zaman komanda yoldaşlarım mənə kömək etməyə çalışırdılar. Bu, mənə sürətlə iş rejiminə daxil olmağıma və adaptasiya prosesini uğurla keçməyimə kömək etdi. Burada olmaq mənə çox xoşdur.

- Təəssüf ki, “İnter”də ilk oyununuz o qədər də uğurlu alınmadı. Oyunsonrası penaltilər seriyasında təəssüf doğuran xətaya yol verdiniz və komandamız avrokubok kampaniyasını başa vurdu…

- “Asteras” çox yaxşı komandadır. Bu matç bizim, eləcə də onlar üçün çox vacib idi. Biz 120 dəqiqə ağır oyun yaşadıq və qalibin taleyini onbirmetrlik zərbələr müəyyənləşdirməliydi. Bildiyiniz kimi, penalti-lotereyadır. Burada hər şeyi uğur həll edir və həmin gecə uğur yunanların üzünə güldü. Təəssüf ki, zərbəni yerinə yetirə bilmədim, bu, məni çox təəssüfləndirdi.

- Artıq bazar günü “İnter” Azərbaycan çempionatında ilk oyununa çıxacaq. Avrokubokdan kənarda qaldıqdan sonra komandanın mövsümü uğurla başlamağa ehtiyacı var. Lakin “İnter” ölkənin ən yaxşı komandalarından biri olan “Qarabağ”la görüşəcək. Qarşıdakı oyun barədə fikirlənizi öyrənmək istərdik.

- Mən eşitmişəm ki, “Qarabağ” çox güclü komandadır. Ancaq bizə çempionata mütləq müsbət nəticəylə başlamaq lazımdır. Biz ən yaxşı keyfiyyətlərimizi göstərməliyik və nəyə qadir olduğumuzu nümayiş etdirməliyik. Axı yalnız bu halda bizə lazımi nəticə əldə etmək və avrokubokdan kənarda qaldığımıza görə bəraət qazanmaq müyəssər olacaq. Qarşıda bizi çətin mövsüm gözləyir və bu mövsüm potensialımızı nümayiş etdirməli və özümüzü yaxşı tərəfdən göstərməliyik.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail