London-2012: Daha bir idmançımızdan erkən vida YENİLƏNİB

03.08.2012 | 5660 dəfə oxunub



London Olimpiadasında bu gün Azərbaycan millisinin ilk atleti Dmitri Marşin mübarizəyə başlayıb. Stadium.az xəbər verir ki, 39 yaşlı milliləşdirilmiş legionerimiz çəkiçatma növündə çıxış edib.

Saat 15:20-də start götürən yarışda 42 idmançı 2 qrupda qüvvəsini sınayıb. Onlar hər birində 21 atlet yer alıb. Yarışa 1096 nömrəsi ilə qatıln Azərbaycan atleti Dmitri Marşin mübarizəyə B qrupunda başlayıb. O, 12-cı sıra nömrəsi ilə gücünü sınayıb.

Qeyd edək ki, Marşinin şəxsi rekordu 79,56 metrə bərabərdir. Bu, onun 2012-ci ildə də göstərdiyi ən yaxşı nəticədir. Marşinin hazırkı Yay Olimpiya Oyunlarına vəsiqə qazanan ilk Azərbaycan idmançısı olduğunu da əlavə edək. 

İlk cəhddən sonra Marşin 72,06 nəticə göstərib və altıncı pillədə qərarlaşıb. Lakin idmançımızın ikinci cəhdi isə boşa çıxıb. Üçüncü cəhdində isə 72,85 nəticə göstərən Marşin finala çıxmaq şansını saxlayıb.

Lakin bu nəticə finala yüksəlmək üçün yetərli olmayıb. Nəticədə təsnifat mərhələsini keçə bilməyən idmançımız finaldan kənarda qalıb. Bununla da, Marşin də olimpiadada mübarizəni dayandırıb. 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail