Hüseynovdan başlayan ənənə Hüseynovla davam edəcəkmi?
Həftəsonu keçiriləcək qarşılaşmalarla Azərbaycan
Premyer Liqasında yeni mövsümə start veriləcək. “Xəzər Lənkəran” mövsümə “Rəvan”a
qarşı matçla başlayacaq. Stadium.az cənub klubunun rəsmi
internet saytın istinadən xəbər verir ki, bu, komandalar arasında 3-cü qarşılaşma
olacaq. Ötən mövsüm elitada debüt edən paytaxt təmsilçisi ilə əvvəlki 2 görüşdə
qalib müəyyənləşməyib. Belə ki, hər 2 matçda komandalar hərəyə 1 qol vurub və 1
xalla kifayətlənib. Avqustun 5-dəki səfər matçında “Xəzər Lənkəran” bu tarazlığı öz tərəfinə dəyişməyə çalışacaq.
2011/12 27.08.2011 Çempionat RƏVAN
(Bakı) s 1:1
2011/12 19.11.2011 Çempionat RƏVAN
(Bakı) e 1:1
“Xəzər Lənkəran” özünün Premyer Liqadakı 9-cu mövsümünü Yunis Hüseynovla
başlayacaq. Ötən çempionatın gedişində bu posta təyin olunan mütəxəssis ilk dəfə
komandanı starta çıxarıb. O, həm də ilk dəfə “Rəvan”la görüşəcək.
Əvvəlki mövsümlərə “Xəzər Lənkəran” 4 fərqli məşqçi ilə
başlamışdı. Nazim Süleymanov (2004/05), Rasim Kara (2005/06, 2008/09), Ağasəlim
Mircavadov (2006/07, 2007/08, 2009/10), Mirça Rednikdən sonra (2010/11,
2011/12) Hüseynov komandanı ilk oyuna çıxaracaq 5-ci mütəxəssis olacaq.
Start oyunları ilə bağlı uğurlu tendensiya müşahidə olunur. Belə ki, “Xəzər Lənkəran”
son 3 start oyununda istisnasız qələbələr qazanır. Ümumiyyətlə isə komanda
çempionatdakı ilk oyunu kimi tarixə düşən 8 qarşılaşmadan 6-da qələbə qazanıb.
Yeganə heç-heçə 2004, yeganə məğlubiyyət 2008-ci ildə qeydə alınıb. Məhz həmin
məğlubiyyətdən sonra hər dəfə “Xəzər Lənkəran” ilk oyunda qələbə qazanır.
Ənənə öncəsi son xal itkisi, yeganə
məğlubiyyət isə “Karvan”dan alınıb. Həmin məğlubiyyətin memarı isə indi “Xəzər
Lənkəran”ı çalışdıran Yunis Hüseynovdur. Məhz o, yeganə baş məşqçidir ki, “Xəzər
Lənkəran”ın ilk oyununda qələbəyə sevinib.
2004/05 07.08.2004 TURAN
(Tovuz) s 1:1
2005/06 12.08.2005 OLİMPİK
(Bakı) s 2:0
2006/07 11.08.2006 NEFTÇİ (Bakı)
e 2:1
2007/08 12.08.2007 KARVAN
(Yevlax) s 1:0
2008/09 10.08.2008 KARVAN
(Yevlax) s 0:1
2009/10 21.08.2009 İNTER
(Bakı)
e 1:0
2010/11 07.08.2010 QƏBƏLƏ (Qəbələ)
e 1:0
2011/12 06.08.2011 SUMQAYIT-ŞƏHƏR
e 2:1
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |