FIFA çəkiliş qrupu Azərbaycandadır FOTOLENT

03.08.2012 | 4742 dəfə oxunub


Azərbaycanda keçiriləcək  FIFA U-17 qadınlararası dünya çempionatının başlanmasına artıq həftələr qalır. Çempionata hazırlıq işləri çərçivəsində FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsi (YTK) ilə FIFA-nın müvafiq qurumları və işçi qrupları arasında sıx əməkdaşlıq  davam edir. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, iyul ayının 27-də ölkəmizə gələn FIFA Filming (FIFA çəkiliş qrupu) üzvləri 5 avqust tarixinə qədər şəhər profili çəkilişlərini həyata keçirəcəklər. Paytaxtda tarixi yerləri, müasir tikililəri, muzeylər və ümumi Bakı həyatını, günəşin Xəzərdən doğuşunu və s. lentə alan nümayəndə heyəti 1 avqust tarixində çempionat oyunlarına ev sahibliyi edəcək digər şəhərə - Lənkərana yola düşüblər. Burada da Lənkəranın zəngin təbiətini, sadə həyatını, rəngarəng mətbəxi və mədəniyyətini lentə alıblar.

Qeyd edək ki, FIFA çəkiliş qrupu FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-yə rəsmi ev  sahibliyi edəcək Bakı  və Lənkəran şəhərlərinin qısa tanıtım çarxlarını hazırlamaq üçün ölkəmizdədir. Bakı və Lənkəranın ümumi simasını nümayiş etdirən tanıtım çarxları hər iki şəhər üçün ayrı-ayrı hazırlanıb www.fifa.com web-səhifəsi, eləcədə çempionat oyunlarından əvvəl və fasilələr zamanı televiziya vasitəsilə yayımlanacaqdır.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail