Dünya çempionatının açılış oyununa biletlər tükənir

03.08.2012 | 5961 dəfə oxunub


Xəbər verdiyimiz kimi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin açılış mərasiminin biletləri 16 iyun tarixindən etibarən ənənəvi üsulla satışa çıxarılmışdır. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, onlayn biletlər isə 16 apreldən çempionatın rəsmi səhifəsi olan www.fifa.com/Azerbaijan2012-də satışa çıxarılıb.

Dörd aya yaxındır davam edən satışın nəticələri göstərir ki, Azərbaycan - Kolumbiya milli yığmaları arasında keçiriləcək açılış oyununa maraq böyükdür. Ehtimal ki, dünya şöhrətli ulduz Cennifer Lopezin açılış oyununda iştirakı da biletlərin satışına təsir edən mühüm faktorlardan biridir.

Bilet satışı nöqtələrində əhalinin gənc təbəqəsi daha çox aktivlik nümayiş etdirir. Qeyd edək ki, biletlərin artıq yarısından çoxu satılıb. Aralarında məşhur insanların da olduğu alıcılar çempionatın nəhəng bileti ilə foto çəkdirmə şansı da qazanırlar.

Qrup mərhələsi, 1/4 final, 1/2 final və final oyunlarıda daxil olmaqla 6 stadionda keçiriləcək çempionatın bütün digər oyunlarının biletləri də artıq satışa çıxarılıb. 5 oktyabr tarixində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək 1/4 final oyunu və 13 oktyabrda keçiriləcək final oyununda daha iki dünya ulduzu - Rihanna və Şakiranın da iştirak edəcəyini artıq çoxları bilir.

Artıq yarıdan çoxu satılmış açılış oyunu və çempionatın digər oyunlarının biletlərini onlayn qaydada fifa.com/Azerbaijan 2012 saytından, ənənəvi üsulla isə aşağıdakı satış nöqtələrindən əldə edə bilərsiniz.

- Park Bulvar ticarət mərkəzi (Neftçilər pros., 1-ci mərtəbə)

- Metro Park ticarət mərkəzi (Təbriz 44, 7-ci mərtəbə)

- Xalq Bank – Neftçilər filialı (Qara Qarayev pr., 70 b)

- Bakcell – Müştəri xidmətləri (Nizamı küç., 83)

Qeyd edək ki, çempionat oyunlarına biletlərin qiyməti 1 AZN - 15 AZN arasında dəyişir.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail