Araz Abdullayev: "Hapoel"lə oyunumuzda qapıçı problemi özünü açıq şəkildə göstərdi" - MÜSAHİBƏ

03.08.2012 | 6524 dəfə oxunub

"Neftçi"nin futbolçusu Araz Abdullayevin Stadium.az saytına müsahibəsi:

- Araz  salam. "Hapoel"lə oyun barədə nə deyə bilərsən?

- Vallah nə deyim e, cəmi 12 dəqiqə meydanda oldum. Onsuz da, hamı hər şeyi gördü də.

- Ümumi nəticə barədə. Yəni heç kim "Neftçi"nin 4 cavabsız topla darmadağın olacağını gözləmirdi...

- Ancaq onu deyə bilərəm ki, rəqib çox güclü idi. Deməzdim ki, biz meydana arxayın çıxmışdıq, bizdə eyforiya vardı, sadəcə nələr baş verdi, heç özümüz də anlamadıq. Oyun 60-cı dəqiqəyə kimi normal gedirdi, amma sonrasından heç özümüz də baş açmadıq.

- Sizdə çatışmayan məqam nə oldu?

- Bizdə çatışmayan cəhət rəqibdən zəif olmağımız idi. Onlar çox güclüdürlər. Bundan başqa biz rəqibi başqa cür təhlil etmişdik, onlar meydana həmişəkindən fəqli taktiki gedişlə çıxdılar. Həm də bizim "Hapoel"lə oyunumuzda qapıçı problemi özünü açıq şəkildə göstərdi.

- Cavab oyunu barədə nə düşünürsən?

- Bu barədə ancaq onu deyə bilərəm ki, özüm start heyətində meydana çıxacam. Turu keçməyimiz müşkül görünür, amma heç olmaya qələbə qazanıb azarkeşlərimizi təsəlli etməliyik. Həm də bu oyunda qələbə qazansaq, bu amil pley-off oyunlarında bizə əlavə stimul verəcək.

- 3 futbolçunuz transferə çıxarılıb. Səncə belə məqamda bu düzgün qərar idi?

- Mən bu barədə heç nə deyə bilmərəm. Bu, rəhbərliyin işidi, onların işinə qarışmağa haqqım çatmır.

Ümid BABA



  #1   Adınız: emin ;   E-mail: [email protected]

04.08.2012 03:55

Artıq Tahir Süleymanov Araz "kozr"ını "kullanır"

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail