Keçmiş hakimdən AFFA və Ramin Musayevə qarşı sərt ittihamlar

04.08.2012 | 7129 dəfə oxunub


Sabiq hakim İmanxan Sultani AFFA Hakimlər Komitəsi və PFL prezidenti Ramin Musayevə qarşı sərt ittihamlar səsləndirib. Stadium.az xəbər verir ki, keçmiş referi “Futbol+” qəzetinə verdiyi açıqlamada əvvəlcə oyunlara hakim-inspektor kimi təyinat almamasından danışıb: “Hakim-inspektor kimi oyunlara təyinat almalıydım. Bu haqda Ramin Musayevlə də danışmışdım. O demişdi ki, gəlib imtahanda özünü yoxlayarsan. Əvvəlcə çağırmadılar. Sonradan gedib imtahan verdim və uğurla keçdim. Əvvəlcə dedilər ki, 15 yaşlıların oyununa və ya futzala təyinat alacaqsan. Bu zaman başa düşdüm ki, onlara mənim kimi adam lazım deyil. Elə adam istəyirlər ki, onların sözləri ilə oturub-dursun. Məni 15, 17 yaşlıların oyunlarına göndərmək istəyirdilər, qəbul etmədim. Söhbət ondan getmir ki, mən özümü dartıram. Sadəcə olaraq, birinci dəstəyə təyinat alan hakim-inspektorların bir çoxunun nəinki beynəlxalq dərəcəsi var, onlar heç düz-əməlli hakimlik də etməyiblər. Onları orda saxlayan var. Bunu kimin etdiyini bilmərəm. Amma fakt budur ki, məni ora qəbul etmədilər. Çünki onlar daha çox özlərinə yaxın adamları, sözə qulaq asanları işlə təmin edirlər”.

İ.Sultani “Düşünmürsünüz ki, vaxtı ilə “Olimpik” - “Neftçi” oyunundakı olaylarla bağlı indi Ramin Musayev sizə əngəl törədir” sualını belə cavablandırıb: “Əlbəttə, həmin olayların təsiri var. Musayev başverənləri yaddan çıxarmayıb. Şəxsi münasibətləri bu məsələyə qarışdırmaq lazım deyil. PFL-ə rəhbərlik edən birinin kin saxlaması çox pisdi. Bu onun mənfi cəhətlərindən biridir. Ramin müəllimlə şəxsi ədavətim yoxdur. Düşünürəm ki, onun xasiyyəti belədir, buna görə belə hərəkətlər edir. Yenə də deyirəm, rəhbər işçi üçün çox pis hərəkətlərdir”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail