Gerogi Çixradze: “Qəbələ”yə qarşı öz oyunumuzu göstərməliyik”

04.08.2012 | 6504 dəfə oxunub


"Simurq" klubu "Qəbələ" ilə oyun qabağı son məşqinə çıxıb. Stadium.az klubun rəsmi internet saytın aistinadən xəbər verir ki, məşqçilər korpusunun rəhbərliyi altında yüngül isinmə hərəkətləri ilə başlayan hazırlıq, sonda ikitərəfli oyunla tamamlanıb. Məşqdən sonra klubun rəsmi saytına açıqlama verən baş məşqçi Georgi Çixradze komandanın keçdiyi hazırlıq prosesi və növbəti oyun haqqında fikirlərini bildirib: "İki təlim-məşq toplanışı keçdik. Birinci hazırlıq prosesimiz funksional xarakter daşıyırdı. Bir neçə futbolçunu baxışdan keçirdik. Lakin onların hazırlıq durumu normal olmadığında heç birini heyətə götürmədik. Lakin təlim-məşq prosesimiz çox yaxşı keçdi. İkinci toplanışımız isə heyətin kompleksləşdirilməsi və oyun təcrübəsinin artırılması məqsədi daşıyırdı. Dörd yoldaşlıq görüşü keçirdik. İkisində məğlub olsaq da, son görüşlərdə heç-heçə etdik. Rəqiblərimiz güclü kollektivlər idi. Məğlub olduğumuz komandalardan biri Asiyada Çempionlar liqasında oynayan və Əmirliyin vitse-cempionu olmuş "Əl-Əhli", biri isə II Bundesliqada mübarizə aparan "Dinamo Drezden" klubu idi. Heç-heçə etdiklərimiz isə Türkiyə Super Liqasında oynayan komandalardı. Kompleksləşdirməyə gəldikdə isə heyətə bir qapıçı, bir mərkəz müdafiəçisi, iki yarımmüdafiəçi və bir hüçumçu transfer etdik. Ancaq qeyd edim ki, bu hələ son deyil. Bizim hələ avqustun sonuna qədər vaxtımız var. Bir neçə mövqeyə yeni oyunçular gətirmək istəyirik. Ümumilikdə isə, yaxşı hazırlıq prosesi keçmişik. Rəqibimiz haqqında isə onu deyə bilərəm ki, çox yaxşı komandadır. Ötən mövsüm əla heyətləri var idi. Bu il daha bir neçə yaxşı futbolçu komandaya qatıblar. Həqiqətən ciddi rəqibdir. Lakin biz buna baxmayaraq, öz oynumuzu göstərməliyik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail