Kamran Ağayev od püskürüb, Mayk Taysondan misal çəkdi

04.08.2012 | 10644 dəfə oxunub


Kamran Ağayev növbəti dəfə “Xəzər Lənkəran” tərəfindən transferə çıxarılmasından narazılığını ifadə edib. Stadium.az xəbər verir ki, Kamran “Futbol+”a verdiyi açıqlamada cənub klubunun rəhbərliyini qeyri-peşəkarlıqda günahlandırıb: “Heç gözləmirdim ki, çempionatın startına bir neçə gün qalmış məni heyətdən kənarlaşdırarlar. Bu, klub rəhbərliyinin qeyri-peşəkarlığıdır. Məni komandada görmək istəmirdirlərsə, nəyə görə mövsüm başa çatan kimi yeni müqavilə imzaladılar? Buraxardılar, gedib başqa klubla anlaşardım. Bir çoxları mənimlə maraqlanırdı. İndi həmin klublar da özlərinə qapıçı tapıblar”.

Ardınca K.Ağayev “Xəzər Lənkəran”ın qapıçılarla işləyən məşqçisi haqda sərt ittihamlar səsləndirib: “Bəziləri söyləyir ki, Kamran əvvəlki formasından uzaqdır. Mən nə edim ki, klubun qapıçılarla işləyən məşqçisi zəifdir. Məşqçi normal məşq keçmirsə, futbolçu nə edə bilər? Nə vaxta kimi başqa-başqa mütəxəssislərdən proqram alıb, onun əsasında fərdi məşqlər edəcəyəm? Yaxşısı budur ki, arxamca danışanlar belə nüansları nəzərə alsınlar”.

Təcrübəli qolkiper ad çəkməsə də, bir çoxlarından gileylənib: “Bəzən futbolda elə şeylərlə rastlaşırsan ki, hər şeyə tüpürüb, getmək istəyirsən. Bəs kişilik harda qaldı? Taysonun yaxşı sözləri var: “Sən qalxanda dostlar, tanışlar da bilir ki, sən kimsən. Sən düşəndə özün bilirsən ki, ətrafındakılar kimdir”. “Xəzər Lənkəran” mənim üçün çox böyük məktəb oldu. Bir çox insanların necə maskalandığının şahidi oldum”.

 



  #1   Adınız: Rednik;   E-mail: [email protected]

05.08.2012 21:39

Ay Kamran, bes bilmirdinki, Rednike gardshi etdiyin hereket bir gun sene garshida ola biler. tak chto brat Atalr duz deyir "Ne tokersen arshina oda chixar garshin".

ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail