Edin Nuredinovski: “Bakı” hələ Haciyevskinin vaxtında məni istəyirdi”

05.08.2012 | 6148 dəfə oxunub


"Bakı"nın makedoniyalı qapıçısı Edin Nuredinovskinin müsahibəsi


- "Bakı"dan təklif gələndə kiminlə məsləhətləşdin?

- Azərbaycanda makedoniyalı futbolçular var. Slavço Georgevski və İqor Mitreskiylə danışdım. "Bakı"da Muarrem Zekirlə məsləhətləşdim. Hamısı bu klubu təriflədi, iddialı olduğunu dedi. Əslində, gəlməyimi baş məşqçi Bojidar Bandoviç istəyib. O, məni Kiprdə oynadığım vaxtlardan tanıyır. Bir ay idi ki, mənimlə bağlı söhbət gedirdi. Məni tanıyanlar necə qapıçı olduğumu yaxşı bilir. Onların ümidlərini doğrultmaq üçün əlimdən gələni edəcəm. Rəhbərlik barəmdə Muarrem Zekirdən də soruşub və eyni sözləri eşidib.

 - Səndən əvvəl "Bakı" 3 qapıçı ilə danışq aparmışdı, hər dəfə son məqamda müxtəlif səbəblər üzündən müqavilə bağlamaları düyünə düşmüşdü. Qismət səndəymiş ki, bu formanı geyinəsən.

- Artıq bura gələndən sonra xəbər tutdum ki, həmin qapıçılar vəziyyətdən sui-istifadə edərək qiymətlərini qaldırıblar, razlaşma baş tutmayıb. Doğrudan da "Bakı"ya keçmək mənə qismət imiş. Şansım gətirdi. Əlbəttə, bəxtimdən razıyam.

- Son vaxtlar Makedoniya yığmasına niyə çağırılmırsan?

- Komandada tez-tez məşqçi dəyişir. Hər gələn qapıçıları yoxlayırdı. Əsas qapıçını müəyyən etmək üçün eksperiment apardılar. Bir müddət Con Toşak mənə etibar elədi. Avropa çempionatının seçmə oyunlarına əsas qapıçı kimi çağrıldım. Lakin çox çəkmədi ki, fikrini dəyişdi. Ondan sonra çağrılmadım. İndi gənc qapıçılara ümidlər bəsləyirlər. Ancaq təcrübə başqa şeydi. Məhz belə ekspermentlər aparmaq millini geri saldı. Mənim üçün fərqi yoxdu. Nə vaxt dəvət etsələr, gedəcəm. Olmasa, yenə fərq eləmir.

- Bəs millimizə qarşı oynamısan?

- Avstriyadakı qarşılaşmaya dəvət almışdım. 2:0 udduq. Həmin oyunda ehtiyatda idim. Ümumiyyətlə, yoldaşlıq oyunları futbolçuları bir növ yoxlamaq üçündür. Bu oyunda da Mesut Yonuz mənə deyil, digər qapıçıya şans vermişdi.

- Berti Foqtsun başçlıq etdiyi millimiz necə görünürdü?

- Əvvəlki illərlə müqayisədə yığmamızın oyununda irəliləyiş hiss olunurdu. Bu, təkcə milli ilə bağlı deyil, klublar da güclənib. Azərbaycanda bir neçə klub var ki, səviyyəli futbolçular alıb. Çempionatın səviyyəsi nə qədər yüksək olarsa, oyunlara bir o qədər çox tamaşaçı gələr, rəqabət artar. Digər tərəfdən, yerli oyunçulara şans verib, onları oynatmaq lazımdı. Ümumi götürəndə, futbolunuzda irəliləyiş hiss olunur.

- Həmyerlin Qyoko Hacıyevskinin "Bakı"nı və millimizi çalışdırmasından xəbərin yox idi?

- O, Makedoniyanın ən tanınmış məşqçilərindən biridi. "Bakı"da uğurlu nəticə əldə edib. Azərbaycan millisinə namizəd sayılırdı, nədənsə sonra alınmadı. Ondan sonra Makedoniyanın baş məşqçi postuna əsas namizədlərdən biri hesab olunurdu. Lakin son anda federasiya ilə razılığa gəlmədi. Hacıyevski ilə şəxsi tanışlığım var.

- Maraqlıdı, Hacıyevski onda nəyə görə sizi "Bakı"ya gətirmədi, xorvatiyalı Marko Şarliyaya güvəndi?

- Hacıyevski məni komandasında görmək istəyib. Özü də dəfələrlə "Bakı"ya dəvət edib. O vaxt "Slovan"la müqaviləm vardı. Klub rəhbərliyi transferə görə məndən çoxlu pul istədi. O pulu da həmin dövrdə vermək çətin idi.

- Sirr deyilsə, "Slovan" nə qədər pul istədi?

- Elə klub rəhbərimiz vardı ki, onu yola gətirmək çox çətiniydi. Fikri yalnız puldaydı. Transferlərdən yaxşı pul qazanırdı. Qiymətdə 1 dollar da aşağı düşmədi. Dəqiq rəqəm deməyəcəm. Çünki özümə də qaranlıqdı. Həddən artıq pul istəməsəydi, "Bakı" məni alardı.

- Azərbaycanda "Bakı"dan başqa hansısa klub səninlə maraqlanıb?

- Təkliflər olub. Ötən il Kiprdə oynayarkən, dəvət gəlmişdi.

- Hansı klubdan?

- Artıq "Bakı"nın oyunçusuyam, ona görə ad çəkmək düzgün deyil.

- Artıq çəkin var, hiss olunur ki, hələ formadan uzaqsan. Neçə vaxtdı məşq eləmirsən?

- Ola bilsin, kənardan çəkimin çox olduğu görünsün. Lakin özümü qapıda rahat və yüngül hiss edirəm. Məşqlərdə çalışıram ki, daha yüngül və daha cəld olum. Düzdü, bura gələnədək əsasən istirahət etsəm də, müəyyən günlərdə xüsusi planla məşq edirdim. Çempionatın startınadək artıq tam formada olacam. Məşqlərdə bunun üzərində ciddi işləyirəm.

- Əsas heyət uğrunda Aqil Məmmədovla rəqabət aparmalısan. Təcrübəli olmağın gənc həmkarın üzərində sənə üstünlük qazandırır?

- Belə deməzdim. Aqil istedadlı uşaqdı. "Mura"ya qarşı oyunda bir neçə qurtarışı ilə göstərdi ki, perspektivi var. İddialı və inadkar olduğunu bilirəm. Bu da istər-istəməz aramızdakı rəqabəti artıracaq. Mən ədalətli və düzgün rəqabəti xoşlayan qapıçıyam. Əgər Aqil məndən güclüdüsə, qapıda o dayanacaq. Digər tərəfdən, millinin üzvüdü. Qoy, əsgərlikdən gəlsin, onunla mübarizə aparmaq mənim üçün asan olmayacaq.

- "Mura" ilə qarşılaşmalarda buraxılan qollarda Aqilin səhvi var idi?

- Həmkar həmkarı müzakirə etməz. Bu, məşqçilərin işidir. Aqilin səhvlərini təhlil etsəm, birbaşa məşqçilərin işinə qarışmış olacam. Belə hörmətsizliyi mən heç vaxt etmərəm. Hərə öz işinin cavabdehidi. Mənim vəzifəm qapını qorumaqdı, həmkarımın işinə qiymət vermək yox.

- Makedoniya mətbuatı yazır ki, "Bakı"ya keçidin 500 min dollara başa gəlib. Həmin pulu almısan, yoxsa bu da yerli mətbuatın növbəti uydurmasıdı?

- Makedoniyada çox şey yaza bilərlər. Bizdə mətbuat rəqəmləri şişirtməyi xoşlayır. Hacıyevski burda olanda da mətbuat çox şeylər yazırdı. Skopyedəki jurnalistlər Azərbaycanda çıxış edən makedoniyalı futbolçuları diqqət mərkəzində saxlayrlar, onların hər bir oyununu yazırlar. Elə "Bakı"ya gəldiyim ilk gündən də yazıblar. Hansı qiymətə transfer olmağım mənimlə klub arasında olan məsələdi. Bunun mətbuata çıxmasının əleyhinəym. O ki qaldı 500 minə, bu, şişirdilib.

- İki həftədən artıqdı ki, yeni klubunun düşərgəsindəsən. Məşqçiləri, futbolçuları az-çox tanıyırsan, şəraitə bələdsən. Bu heyətlə növbəti mövsümdə nə edə bilərsiz?

- Azərbaycanın digər klublarından məlumatlı deyiləm və kimin güclü və ya zəif olmasını deyə bilmərəm. Yalnız "Bak"nın hər il çemponluq və kubok uğrunda mübarizə apardığını bilirəm. İddialı komandaya gəlmişəm. Mən də iddiamı ortaya qoyub "Bakı"nı zirvələrə daşımaq istəyirəm. Bizim çox gözəl heyətimiz və güclü futbolçularımız var. İnanıram ki, bu işin öhdəsindən birlikdə gəlib, növbəti mövsümdə uğurlu nəticələr bəxş etməliyik. İşimiz bununla bitməməli, ardını Avropa səhnəsində göstərməliyik. Hər halda komplektləşmiş heyətlə yeni mövsümdə uğurlu qrafik cızacağımıza ümid edirəm.

“Sport Favorit”

 

   



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail