Gəldi, oynadı, vurdu

06.08.2012 | 5527 dəfə oxunub


Premyer Liqanın yeni mövsümünün ilk turu “Qəbələ” üçün bır sıra hadisələrlə əlamətdar olub. Stadium.az klubun rəsmi internet saytına istinadən xəbər verir ki, komandanın Zaqatalada “Simurq”la heç-heçə etməsi (1:1) yubileylər və ilklərlə yadda qalıb.

- “Qəbələ” tarixində 30-cu səfər heç-heçəsinə imza atıb. Bu, 116-cı oyunda rəsmiləşib. 30 heç-heçədən 23-ü Premyer Liqa, 3-ü kubok, 4-ü birinci dəstədə qeydə alınb.
- Fatih Kavlakın rəhbərliyi altında Premyer Liqada 5-ci dəfə heç-heçə edən komanda bu rəqəmə 21-ci matçında çatıb.
- Kavlakın rəhbərliyi altında səfər matçlarında 15-ci qolunu vuran “Qəbələ” bunu 12-ci oyununda bacarıb. 
- Ötən mövsümün 29-cu turunda “İnter”ə səfərdə 1:2 hesabı ilə uduzduqdan sonra 4 matçdır ki, “Qəbələ” uduzmur. Bunların 3-ü ötən mövsümün sonluğunda olub. “Bakı” (4:0), “Xəzər Lənkəran” (1:1), “Neftçi” (1:0) ilə oyunlarla başlayan seriya bu mövsümün “Simurq”la qarşılaşmasında davam etdi.
- “Qəbələ” ardıcıl 3 mövsümdür çempionata qələbəylə başlaya bilmir. 2010/11 mövsümündə “Xəzər Lənkəran” (0:1), 2011/12 mövsümündə “Bakı” (0:0) ilə start oyunları da indiki kimi qələbəsiz bitmişdi. Komanda sonuncu dəfə 2009/10 mövsümündə qələbə ilə start götürmüşdü. Onda indiki rəqib “Simurq” üzərində qələbə əldə olunmuşdu - 2:1.
- “Simurq”la oyunda 5 futbolçu ilk dəfə “Qəbələ” formasında meydana çıxdı. 
- Kosta Silva Dieqo, Kalabane Umar, Lourival Rodriqes Assis, Rəşad Abdullayev, Deyan Kelhar debüt etməsi ilə klub tarixində forma geyənlərin ümumi sayı 137-yə çatdı.
- Dieqo və Assis indiyədək “Qəbələ"də oynamış braziliyalı legionerlərin ümumi sayını 8-ə çatdırıb.
- Kalabane isə Abdulkader Kamaradan sonra 2-ci qvineyalı olub.
- Bu 137 futbolçudan 76-sı yerli, 61-i legionerdir.
- Rəşad Abdullayev klub tarixinin 76-cı yerli oyunçusudur.
- Bu oyunadək heç bir sloveniyalı “Qəbələ”nin şərəfini qorumamışdı. Kelhar buna nail olan ilk sloveniyalı kimi tarixə düşdü.
- Bununla da “Qəbələ”də təmsil olunan ölkələrin sayı 27-yə çatdı: Gürcüstan – 9, Braziliya - 8, Rusiya – 6, Serbiya, Ukrayna – hərəsi 5, Moldova – 3, Hollandiya, Bolqarıstan, Rumıniya, Qvineya – hərəsi 2, Argentina, Bosniya və Herseqovina, İngiltərə, İran, Konqo, Latviya, Polşa, Portuqaliya, Fil Dişi Sahili, Seneqal, Sierra Leone, Türkiyə, Türkmənistan, Yamayka, Şotlandiya, Fransa və Sloveniya – hərəsi 1. Bu 61 legionerdən 6-sı milliləşən olsa da onlar əslən aid olduqları ölkə təmsilçisi kimi nəzərə alınıb. 
- Premyer Liqada “Qəbələ” forması geymiş oyunçuların sayı isə 122-yə çatdı. 
- Kelhar qol vuran 70-ci futbolçu kimi klub tarxinə adını yazdırıb. Bu 70 oyunçudan başqa daha 6 avtoqol da qeydə alınıb.
- Sloveniyalı həm də Premyer Liqada qol vuran 51-ci “Qəbələ”li oldu.
- Müdafiəçi Nodar Məmmədov komandanın heyətində yubiley – 50-ci oyununu keçirdi. O, ən azı 50 oyunda klubun şərəfini qoruyan 19-cu futbolçudur.

mövsüm

turnir

Oyun

Dəqiqə

Qol

Vərəqə

Qırmızı

2010/11

çempionat

27

2320

1

4

1

2010/11

kubok

3

210

0

0

0

2011/12

çempionat

18

819

1

3

1

2011/12

kubok

1

90

0

0

0

2012/13

çempionat

1

90

0

0

0

 

 

50

3529

2

7

2


- Daha təcrübəli Elmar Baxşıyev “Qəbələ”də 10-cu oyununu keçirib. Ümumilikdə isə yarımmüdafiəçi Premyer Liqada 250-ci matçına çıxıb.
- Karyerasında 4-cü dəfə “Qəbələ”nin kapitanı kimi meydana çıxan Vurğun Hüseynov bu göstəricidə 13-cü olan Saşa Yunisoğlu və Samir Məmmədova çatıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail