Əfsanə son sözünü dedi: “İdmandan gedirəm”

06.08.2012 | 4217 dəfə oxunub


Amerikalı üzgüçü, 18 qat olimpiya çempionu Makyl Felips növbəti mükafatını qazanıb. Stadium.az xəbər verir ki, olimpiya oyunlarının rekordçusu Beynəlxalq Üzgüçülük Federasiyası tərəfindən “Maykl Felipsə - Olimpiada tarixinin ən yaxşı idmançısına” adlı xüsusi mükafata layiq görülüb. Mükafata layiq görüldükdən sonra isə Felips tezliklə karyerasını başa vuracağını bildirib: “Üzərində mənim olimpiya tarixinin ən yaxşı idmançısı olduğum yazılan mükafat baxmaq çox qəribədir. Mən öz məşqçim Bob Boumenə dedim ki, hər zaman Maykl Cordana heyranlıqla tamaşa edirdim. İndi isə özüm üzgüçülük tarixinin ən yaxşı idmançısıyam. Bütün uğurlarıma görə məşqçimə minnətdaram. O təvazökarlıq edərək, basseyndə mənim tək olduğumu desə də, bu günlərə onun sayəsində gəldim. 30 yaşımdan sonra üzmək istəmirəm. 3 ildən sonra isə bu yaş həddinə çatacağam. Növbəti Olimpiada zamanı isə 31 yaşım olacaq. Bu səbəbdən də idmanı buraxmağı düşünürəm. Çünki heç qarşıdakı 3 ildə də yarışmaq istəmirəm. Mən idmançı karyeram ərzində bütün mümkün olan titulları qazanmışam. Qarşıma qoyduğum bütün hədəflərə çatdım. İndi artıq başqa yol seçmək lazımdır. Mən karyeramı istədiyim kimi nöqtələdim”. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail