AFFA-dan 9700 manatlıq siftə

07.08.2012 | 5076 dəfə oxunub


Bu gün AFFA İntizam Komitəsinin mövsümdə ilk iclası keçirilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, “Simurq” - “Qəbələ” matçının 84-cü dəqiqəsində “Qəbələ” klubunun 34 №-li futbolçusu Urfan Abbasov kobud oyuna görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq, klub 200 manat cərimə olunub.

Oyunun 66-cı dəqiqəsində meydançaya “Simurq” klubunun azarkeşləri tərəfindən kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub. Lakin “Simurq”un cəzası bununla bitməyib. Belə ki, təcili tibbi yardım briqadası gecikdiyinə və matç 10 dəqiqə gec başladığı üçün Zaqatala klubu daha 2000 manat cərimə olunub.

5 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının I turunun “İnter” – “Qarabağ” matçında “İnter” klubunun futbolçuları meydançaya vaxtında çıxmadığına və bu səbəbdən də görə matç 6 dəqiqə gec başladığı üçün “İnter” klubu 3000 manat cərimə olunub.

5 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasının I turunun “Rəvan” – “Xəzər Lənkəran” matçında təcili tibbi yardım briqadasının 5, yanğınsöndürmə briqadasının isə 10 dəqiqə gecdiyinə görə meydan sahibi klub 2000 manat cərimə olunub.

3 avqust 2012-ci il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin I turunun “Simurq” – “Qəbələ” matçında “Simurq” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.

Beləliklə, ilk turdan sonra AFFA cərimələrdən 9700 manat qazanıb.  



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail