DÇ-nin rəsmi kubokunun sponsor turu start götürdü

07.08.2012 | 4727 dəfə oxunub


FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin kuboku bu gün DÇ-nin milli dəstəkçilərindən olan Xalq Banka təqdim edilib. Stadium.az AFFA-nın rəsmi internet saytına istinadən xəbər verir ki, Xalq Bankın baş ofisində keçirilən rəsmi təqdimat mərasimində AFFA-nın baş katibi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin Yerli Təşkilat Komitəsinin sədri Elxan Məmmədov, AFFA-nın Marketinq və Reklamlar Departamentinin rəisi Cavid Qarayev, Xalq Bank-ın İdarə Heyəti sədrinin müavini Xəzər Bağırlı iştirak ediblər.

Arzu edən hər kəs Xalq Bankın əsas binasında sərgilənəcək və bankın digər filiallarına da aparılacaq kubokla fotoşəkil çəkdirə bilər. Şəkillər Xalq Bank tərəfindən çərçivəyə salınaraq elə oradaca azarkeşlərə təqdim ediləcək. Xalq Bankın ofisində kubokla birlikdə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin rəsmi talismanı Top Top Qız-ı görmək və burada yerləşdirilmiş məlumat lövhəsində müvafiq məlumatlar əldə etmək olar.

Xatırladaq ki, rəsmi kubok  avqustun 6-a qədər AFFA-nın inzibatı binasında sərgilənib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail